/ / Prezident İlham Əliyev Hacıqabulda Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində iştirak edib
Prezident İlham Əliyev Hacıqabulda Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində iştirak edib
17.07.2012 [00:15]
Dövlətimizin başçısı Şirvan-Muğan qrup su kəmərinin planını və texniki göstəricilərini əks etdirən stendlərə baxıb.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə məlumat verib ki, Kür-Bakı su kəmərlərindən biri ilə nəql edilən su Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin Salyanda 41, Neftçalada 44, Biləsuvarda 23, Sabirabadda 13 - ümumilikdə 121 kəndin tələbatının ödənilməsinə yönəldiləcək. ümumilikdə, Şirvan-Muğan qrup su kəmərinin istismara verilməsi ilə 470 min insan keyfiyyətli və fasiləsiz su ilə təmin olunacaq. Magistral kəmərin çəkilişi ilə yanaşı, hər bir şəhərdə içməli su və kanalizasiya şəbəkəsi müasir standartlara uyğun yenidən qurulacaq, çirkab sularını təmizləyən qurğu inşa ediləcək. Layihəyə uyğun olaraq Şirvan-Muğan qrup su kəmərinin inşası 2013-cü ilin sonuna qədər yekunlaşacaq.
Sonra Azərbaycan Prezidenti Şirvan-Muğan qrup su kəmərinin təməlini qoyub.
Dövlətimizin başçısı beton qarışığı tökən qurğunun düyməsini basıb.
Dövlətimizin başçısı su kəmərinin tikintisində istifadə olunacaq inşaat materiallarına və avadanlığa baxıb.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.
Bu günü ölkənin həyatında əlamətdar gün kimi qiymətləndirən dövlətimizin başçısı yeni layihənin təməl daşının qoyulması münasibətilə təbriklərini çatdırıb.
Son illərdə respublikamızda su və kanalizasiya layihələrinin uğurla icra edildiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, əsas vəzifə bir neçə ildən sonra Azərbaycanın bütün su və kanalizasiya layihələrinin reallaşdırılmasını başa çatdırmaqdır.
ölkəmizdə həyata keçirilən digər layihələrdən də danışan Prezident İlham Əliyev qeyd edib ki, enerji ehtiyatlarımız Azərbaycanın enerji təhlükəsizliyini təmin etməyə tam şəkildə imkan yaradır: “ölkənin bütün ərazisinin təbii qaz ilə təchizatını nəzərdə tutan layihələr uğurla icra edilir. Gələn il qazlaşdırmanın 95 faizə çatdırılması nəzərdə tutulmuşdur. Kənd yollarının tikintisi ilə bağlı ciddi tədbirlər görülür. Prezidentin ehtiyat fondundan ayrılan vəsait ilk növbədə məhz bu işlərə yönəlmişdir”.
Dövlətimizin başçısı vurğulayıb ki, həm Bakıda, həm bölgələrdə yaradılan və müasir standartlara cavab verən su xətləri insanların sağlamlığına mühüm töhfədir. Buna misal olaraq Prezident İlham Əliyev Oğuz-Qəbələ-Bakı su kəmərinin Bakının su təchizatında həlledici rola malik olduğunu qeyd edib.
Sonra “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynov, Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, Şirvan şəhər sakini Aynurə Rzayeva və Salyan rayon Qızılağac bələdiyyəsinin sədri Bünyad Yolçuyev respublikamızın regionlarında mövcud problemlərin ardıcıllıqla aradan qaldırılmasına, əhalinin məişət şəraitinin durmadan yaxşılaşdırılmasına göstərdiyi sonsuz diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda Azərbaycan dövlətinin başçısı Şirvan-Muğan qrup su kəməri layihəsinin əhatə etdiyi altı rayonun sakinlərini bir daha təbrik edib və xoş arzularını çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

