/ / Prezident İlham Əliyev Bakıda keçirilən “Körpülərin salınması” beynəlxalq konfransının iştirakçılarını qəbul edib
Prezident İlham Əliyev Bakıda keçirilən “Körpülərin salınması” beynəlxalq konfransının iştirakçılarını qəbul edib
28.09.2012 [16:42]
Azərbaycan Prezidenti İlham Əliyev qonaqları salamlayaraq deyib: “Xoş gəlmisiniz, sizi görməyimə çox şadam. Ümid edirəm ki, ölkəmizdə vaxtınız xoş keçəcəkdir. Bilirəm ki, siz bu gün “Körpülərin salınması” mövzusunda konfransda iştirak edirsiniz. Düşünürəm ki, konfrans üçün gözəl mövzu seçilib və Azərbaycanda gedən prosesləri əks etdirir. Fikrimcə, körpülərin salınması bizim regionda, dünyada və müxtəlif mədəniyyətlər arasında xarici siyasətimizin əhəmiyyətli istiqamətlərindən biridir. Sizin əksəriyyətiniz artıq ölkəmizdə olmusunuz və Azərbaycanın qədim tarixi və bugünkü inkişafından məlumatlısınız. Mən çox şadam ki, müxtəlif ölkələrdən olan insanlar burada bir araya gəlib”.
“Biz əsas diqqəti körpülərin necə qurulmasına, qarşılıqlı etimadın artırılmasına yönəltməliyik”, - deyən Prezident İlham Əliyev bildirib ki, regionda mühüm rol oynayan Azərbaycanın qədim tarixi və bugünkü inkişafı aydın şəkildə göstərir ki, qarşılıqlı anlaşma ancaq qarşılıqlı etimad və hörmət əsasında yaradılmalıdır. Dövlətimizin başçısı vurğulayıb ki, ölkəmizdə bütün xalqlar və müxtəlif dini etiqadların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayıb və xalqımız bununla fəxr edir.
“Bizim keçən il qeyd etdiyimiz 20 illik müstəqilliyimiz bu müsbət meyli ancaq gücləndirib”, - deyən Prezident İlham Əliyev ölkəmizin ümumi inkişafının müsbət olduğunu, siyasi və iqtisadi islahatların aparılmasında böyük nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb. Avropa strukturları ilə əməkdaşlığın uğurlu olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın bu sahədə bundan sonra daha çox tərəqqiyə ümid etdiyini və bir-birimizin maraqlarını əhəmiyyətli dərəcədə dəstəkləyə biləcəyimizi söyləyib. Prezident İlham Əliyev qeyd edib ki, biz siyasi transformasiya, siyasi islahatlar, enerji təhlükəsizliyi, daşıma infrastrukturu və humanitar sahələrdə mühüm işlər görürük. Bununla yanaşı, biz Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin Əfqanıstanda apardığı əməliyyatlarda fəal iştirak edirik.
Azərbaycanın Avratlantik strukturlar ilə əməkdaşlığa da töhfə verdiyini qeyd edən Prezident İlham Əliyev ötən il ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinə toxunaraq deyib: “Azərbaycanın keçən il BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi təkcə gənc bir dövlətin tarixində əlamətdar hadisə deyildi. Bu, həmçinin bizə mövqeyimizin, gündəliyimizin nədən ibarət olduğunu, sülh və sabitliyin yaranmasında beynəlxalq səylərə necə dəstək ola biləcəyimizi bütün dünyaya nümayiş etdirməyə imkan verir. Bizim, eyni zamanda, daxili problemimiz vardır. Bildiyiniz kimi, ən böyük problemimiz artıq 20 ildir davam edən işğaldır. Ərazilərimizin əhəmiyyətli hissəsi - Dağlıq Qarabağ və heç vaxt erməni əhalisinin məskunlaşmadığı və Dağlıq Qarabağın inzibati ərazisinə daxil olmayan ətraf rayonlar işğal altındadır. İyirmi ildir ki, beynəlxalq vasitəçi qrup fəaliyyət göstərir. Heç bir nəticə yoxdur. On səkkiz ildir ki, regionda ancaq kövrək sülhün qorunmasına yardım edən atəşkəs rejimi hökm sürür. Amma məsələnin ən vacib tərəfi ondan ibarətdir ki, biz BMT Təhlükəsizlik Şurasının işğalçı erməni birləşmələrinin torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin yerinə yetirilməsinə nail ola bilmirik. Bu, həqiqətən də çox təhlükəli vəziyyətdir. “Nə sülh, nə də müharibə” şəraiti həmişəlik davam edə bilməz. Lakin ermənilər bu status-kvonu möhkəmlətmək istəyirlər, heç nəyi dəyişmək və işğal olunmuş əraziləri boşaltmaq istəmirlər. Həmsədr ölkələrin - Fransa, Rusiya və ABŞ liderlərinin onlara ünvanlanan ismarıclarına qulaq asmırlar. Bu liderlər aydın şəkildə ismarıc göndəriblər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Status-kvonu dəyişmək üçün onlar geri çəkilməlidirlər. Bu, həqiqətən də bizim üçün ən böyük problemdir. Bu, həm də regional sabitlik və təhlükəsizlik üçün ən ciddi problemdir. Çünki münaqişə dondurulmayıb, amma sülh olduqca kövrəkdir.
Əminəm ki, siz görüşləriniz zamanı maraqlı müzakirələr aparacaqsınız. Ümid edirəm ki, Azərbaycanla bağlı daha çox məlumat almaq və bu inkişafı görmək imkanınız olacaqdır”.
Avropa Məsələləri üzrə İnstitutun idarə heyətinin sədri Yurgen Qramke Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Avropa Məsələləri İnstitutunun təşəbbüsü ilə Bakıda keçirilən “Körpülərin salınması” mövzusunda beynəlxalq konfransın yüksək səviyyədə hazırlandığını qeyd edib və onun fəaliyyət istiqamətlərinə toxunaraq deyib: “Bizim əsas fəaliyyət istiqamətlərimiz bunlardır. Birincisi imic, digər istiqamət infrastruktur, üçüncüsü bütün bunların beynəlxalq səviyyədə təqdim olunması, sonuncusu isə innovasiyadır. Biz dörd panel - siyasi məsələlər, iqtisadiyyat, idman və təhsil panellərini keçirəcəyik. Qeyd etdiyim kimi, biz bunları beynəlxalq səviyyədə təqdim etmək fikrindəyik. Siz beynəlxalq səviyyədə körpülərin qurulması istiqamətində addım-addım irəliləyirsiniz. Düşünürəm ki, siyasi, iqtisadi, idman və təhsil sahələri olduqca əhəmiyyətlidir.
Bəzilərimiz ilk dəfədir ki, Bakıdayıq. Biz Sizə, Sizin fəaliyyətinizə və xalqınıza ən böyük arzularımızı çatdırırıq, biz burada çox gözəl vaxt keçirdik. Təşəkkür edirəm”.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

