/ / Prezident İlham Əliyev Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yeni inşa olunmuş “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyinin açılışında iştirak edib
Prezident İlham Əliyev Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yeni inşa olunmuş “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyinin açılışında iştirak edib
05.03.2013 [00:12]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yeni inşa olunmuş “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyinin açılışında iştirak edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işləri ardıcıl olaraq davam etdirilir. Ölkə həyatının bütün sahələrində ayrı-ayrı infrastruktur layihələri uğurla icra olunur. Paytaxtda və regionlarda sosial layihələrlə yanaşı, ölkəmizin iqtisadi imkanlarının genişləndirilməsinə xidmət edən ayrı-ayrı sənaye müəssisələri inşa edilir, yeni-yeni istehsalat sahələri yaradılır. Bütün bunlar qeyri-neft sektorunun inkişafını sürətləndirməklə yanaşı, həm də yeni iş yerlərinin açılması baxımından olduqca əhəmiyyətlidir. Digər sahələrdə olduğu kimi, dövlətimizin başçısının göstərişi ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yeni inşa olunmuş “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyinin müasir tələblər səviyyəsində tikilib istifadəyə verilməsi bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.
Qeyd edək ki, sənaye müəssisələrinin paytaxtın mərkəzindən köçürülməsi ilə bağlı Dövlət Proqramına uyğun olaraq “Paris Kommunası” adına gəmi təmiri zavodu və İlham Allahverdiyev adına gəmi təmiri-gəmiqayırma zavodunun bir hissəsi sökülüb, Zığ şosesi yaxınlığında “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyi adlanan yeni müəssisə inşa olunub. İnşaat işləri 2011-2012-ci illərdə həyata keçirilib.
Dövlətimizin başçısı Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yeni inşa olunmuş “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyi ilə tanış olub.
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov yeni müəssisədə yaradılan şərait və istehsal prosesi barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, müəssisədə gövdə-qaynaq, mexaniki emal, metaləritmə, çilingər, ağac emalı, elektrikquraşdırma və gəmilərin təmiri ilə bağlı ayrı-ayrı sahələrdə lazımi işləri aparmaq üçün ən müasir dəzgahlar, avadanlıq və ləvazimatlar alınaraq quraşdırılıb.
Prezident İlham Əliyev düyməni basaraq müəssisəni işə salıb. Dövlətimizin başçısı müəssisənin ayrı-ayrı sexlərində olub. Bildirilib ki, 2,2 hektar sahədə 6 sex binası inşa olunub, müvafiq kommunikasiya xətləri çəkilib, lazımi infrastruktur yaradılıb. Bundan başqa, ərazidə böyük həcmdə sahilbərkitmə işləri görülüb, ümumi uzunluğu 1400 metrə yaxın olan yanalma körpüləri və dalğaqıran inşa edilib. Bu körpülərdə, eyni zamanda, iriölçülü 8 gəminin təmirə dayana biləcəyi bildirilib.
Prezident İlham Əliyev “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyinin ayrı-ayrı sahələrini gəzib, yaradılan şəraitlə yaxından tanış olub.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18

