/ / Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
12.12.2024 [10:25]
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il ötür.
AZƏRTAC xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla andılar, məzarı üzərinə gül dəstələri qoydular.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.
X X X
Azərbaycanın çağdaş tarixində silinməz iz qoymuş Ulu Öndər Heydər Əliyev dahi şəxsiyyətlərdən biridir. Müstəqilliyimizin möhkəmləndirilməsi, milli şüurun inkişafı, iqtisadiyyatın tərəqqisi və ordu quruculuğu Ulu Öndərin hakimiyyətdə olduğu dövrün əsas nailiyyətləridir. Ötən əsrin 90-cı illərinin əvvəllərində xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider tərəfindən dövlətçiliyin əsasları qoyuldu və genişmiqyaslı islahatlara start verildi. Ulu Öndər Heydər Əliyevin Azərbaycana bəxş etdiklərini tarix boyunca ondan əvvəl heç kim bacarmayıb.
Xalqımız Dahi Şəxsiyyətin xilaskarlıq və quruculuq missiyasını unutmur və heç vaxt unutmayacaq. İyirminci əsrin 90-cı illərində çox çətin dönəm yaşamış Azərbaycan xalqı qurtuluşuna, bugünkü tərəqqisinə görə özünü Heydər Əliyevə borclu hesab edir. Hər il dekabrın 12-də və mayın 10-da Fəxri xiyabanda yaşanan izdiham Ulu Öndərin xatirəsinə böyük hörmətin əlamətidir. Xalqımız Heydər Əliyevin azərbaycançılıq ideologiyasına sadiqdir.
Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, Azərbaycanı bütöv görmək idi. Dahi şəxsiyyətin bu arzusunu və vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyev reallığa çevirdi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi hərbi-siyasi yolla bərpa olundu. İndi üçrəngli Dövlət Bayrağımız bütöv Azərbaycanın hər bir guşəsində qürurla dalğalanır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.
Görkəmli dövlət xadimi Heydər Əliyev cismən aramızda olmasa da, onun parlaq ideyaları Azərbaycanın inkişaf yolunu işıqlandırır. Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf yolu əzmlə davam etdirilir və ölkəmizi inamla irəli aparır. Bu gün vətənimizin milli maraqlarını qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev uzaqgörən və titanik fəaliyyəti ilə Azərbaycanı dünya miqyasında, o cümlədən Türk dünyasında və bölgədə qüdrətli dövlətə, söz və nüfuz sahibinə, etibarlı tərəfdaşa çevirib.
Əminliklə söyləmək olar ki, Azərbaycan var olduqca Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayacaq və daha da inkişaf etdiriləcək.
Xəbər lenti
Hamısına baxSosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55

