/ / Azərbaycan Prezidenti İlham Əliyev Bakının Xəzər rayonundakı 234, 125 və 121 nömrəli orta məktəblərin binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev Bakının Xəzər rayonundakı 234, 125 və 121 nömrəli orta məktəblərin binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub
17.09.2013 [09:24]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sentyabrın 14-də Bakının Xəzər rayonundakı 234, 125 və 121 nömrəli orta məktəblərin binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olublar.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq orta məktəb binalarının əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə 234 nömrəli orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olublar.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, 234 nömrəli orta məktəb 1980-ci ildə inşa olunub. 1176 yerlik məktəbdə 850 şagird təhsil alır. Məktəbin bütün sinif otaqları, fənn kabinetləri, yeməkxanası, kitabxanası, akt və idman zalları təmir edilib, təhsil ocağında əsaslı yenidənqurma işləri aparılıb, yüksək standartlara uyğun şərait yaradılıb. Tədris müəssisəsində kompyuter sinifləri fəaliyyət göstərəcək. Məktəbin işıqlandırma və istilik sistemi də yenidən qurulub. Ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 125 nömrəli orta məktəbə gəliblər. Burada da görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verilib. Qeyd edilib ki, məktəb 1939-cu ildə inşa olunub. 2011-ci ildə dövlətimizin başçısı bu məktəbdə olarkən yeni binanın inşa edilməsi barədə yerindəcə göstərişlər verib. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq məktəbin yeni binası yüksək standartlara uyğun şəkildə inşa olunub. 760 yerlik yeni məktəbdə hazırda 560 şagird təhsil alır. Məktəbin akt və idman zalları yüksək tələblər səviyyəsindədir. Bu məktəbdə də müasir kompyuter sinifləri yaradılıb. Təhsil müəssisəsi ən müasir avadanlıqla, işıqlandırma və istilik sistemləri ilə təchiz edilib, ətraf ərazilərdə abadlıq işləri aparılıb.
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Binə qəsəbəsindəki 121 nömrəli orta məktəbdə yaradılan şəraitlə tanış olublar. Burada görülən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı məlumat verilib. Bildirilib ki, 1934-cü ildə inşa olunan məktəbdə 2006-2007-ci illərdə əlavə korpus inşa edilib. Məktəbin köhnə korpusu yararsız vəziyyətdə olduğuna görə 2012-ci ildə sökülərək müasir standartlara uyğun 400 şagird yerlik yeni korpus inşa olunub. Məktəbin bütün sinif otaqları ən müasir tələblər səviyyəsindədir. 1040 yerlik məktəbdə hazırda 870 şagird təhsil alır.
Dövlətimizin başçısı və xanımı yaradılan şəraitlə yaxından tanış olublar. Yeni korpusda yüksək səviyyədə iclas və idman zalları qurulub, müasir işıqlandırma və istilik sistemləri yaradılıb. Məktəbin ətrafı abadlaşdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07

