Donald Tramp: İlham Əliyev böyük LİDERDİR!!!
27.08.2025 [12:37]
Ölkəsinin hekayəsini yaradan LİDER...
Müasir Azərbaycan dövlətçiliyinin banisi, Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində ifadə etdiyi “Mən Ona Özüm qədər inanıram” qətiyyəti ölkəmizin tarixində yeni bir mərhələnin başlanğıcını qoymaqla yanaşı, Prezident İlham Əliyevin keçmiş və gələcək fəaliyyətinin, həyat hekayəsinin qiymətləndirilməsi idi. 2003-cü ildə ilk dəfə Prezident seçildiyi zaman “Mən hər bir azərbaycanlının Prezidenti olacam” şüarı isə dövlət başçısının öz hekayəsini xalqının milli maraqları, dövlətinin uğurları, inkişafı və qələbələri ilə paralel davam etdirəcəyindən xəbər verirdi... Gözlənildiyi kimi də oldu. 22 il öncə bütün sahələrdə çoxvektorlu inkişaf mərhələsinin əsasını qoyan Prezident İlham Əliyev müasir Azərbaycanın beynəlxalq iqtisadi-siyasi sistemdəki yerini, nüfuzunu müəyyənləşdirdi, regional güc mərkəzi statusunda qlobal proseslərə təsir imkanlarını tanıtdı.
Təsadüfi deyil ki, İlham Əliyev müasir dünyada güclü lider obrazının ən real təcəssümü sayılır. Bu fakt dünyanın aparıcı dövlətlərinin başçıları, aparıcı beynəlxalq təşkilatların rəhbərləri tərəfindən etiraf edilir, qiymətləndirilir. ABŞ Prezidenti Donald Trampın son bir neçə ayda Prezident İlham Əliyev ilə bağlı paylaşımları, Vaşinqton görüşündə Azərbaycanın dövlət başçısına göstərilən ehtiram və son olaraq Ağ Ev sahibinin hədiyyəsi bu faktı bir daha təsdiqləyir...
***
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə hədiyyə göndərib. Hədiyyə şəklin üzərində “İlham, Siz böyük lidersiniz” sözləri yazılıb. Azərbaycan Prezidenti İlham Əliyev Prezident Donald Trampın hədiyyəsi ilə əlaqədar sosial media hesablarında paylaşım edib: “Prezident Donald Trampa şəxsi imzası ilə mənə hədiyyə etdiyi tarixi fotoşəkillərə və üzərində yazdığı xoş sözlərə görə təşəkkür edirəm. Prezident Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirir və buna görə ona bir daha dərin minnətdarlığımı bildirirəm. Donald J. Trump”
***
Bəli, Prezident İlham Əliyev modern cəmiyyətdə lider obrazının ən mühüm keyfiyyətlərini özündə birləşdirən şəriksiz liderdir. Dövlət başçısı dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin milli-strateji maraqlarını qoruya bilmək qabiliyyəti ilə Özünün əsl siyasi lider olduğunu hər zaman isbatlayıb. Məhz Prezident İlham Əliyevin uğurla yürütdüyü siyasət nəticəsində çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Müasir, güclü, qalib Azərbaycan Prezident İlham Əliyevin əsəridir - 2020-ci il Vətən müharibəsi Prezident İlham Əliyevin əzmli, qətiyyətli siyasətçi və dövlət başçısı olmaqla yanaşı, güclü strateq, hərbi incəlikləri ən yüksək səviyyədə təhlil edərək qərar verən lider olduğunu bir daha sübut etdi. Ən incə detallarına qədər diqqətlə hazırlanan proses nəticə etibarı ilə 200 illik tariximizin ilk böyük Zəfəri kimi əbədi həkk olundu. Beləliklə, Azərbaycanın müasir tarixinin ən böyük uğuru şəriksiz olaraq Qarabağ müharibəsində əldə olunan qələbəmizdir...
***
Bu gün Prezident Trampla yanaşı, dünyanın bütün siyasi xadimləri Prezident İlham Əliyevin ölkəsini müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanıtdığını etiraf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs yalnız bir hədəfə - ölkəmizin maraqlarının təmin olunmasına yönəlib. Bu isə qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün ən güclü vasitədir. Prezident İlham Əliyevin böyük lider olmasının ən bariz göstəricilərindən biri siyasi kursumuzun davamlı, qətiyyətli və ardıcıl həyata keçirilməsidir. Azərbaycan bütün ölkə və təşkilatlara münasibətdə vahid mövqedən çıxış edib, dostluq və tərəfdaşlıq münasibətlərini hansısa geostrateji təsirə məruz qalmadan müəyyənləşdirib, ikitərəfli və çoxtərəfli münasibətlərdə, dünya siyasətində fəal təmsilçilikdə ali geosiyasi iradəsini ortaya qoyur. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu və real siyasi proseslərdə özünü doğrultması beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində Azərbaycanı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Dünyanın aparıcı paytaxtlarında Cənubi Qafqazın strateji geocoğrafi üstünlüklərinin tanınması və qəbul edilməsi Prezident İlham Əliyevin qlobal siyasi fəhminin, gücünün və böyüklüyünün göstəricisidir.
***
Siyasi proseslərin inkişafı bir daha sübut edir ki, müasir qlobal münasibətlər sistemi üçün ən vacib amil məhz LİDER amilidir. LİDERLƏR öz dövlətinin, regionunun, hətta daha böyük coğrafiyaların inkişaf tendensiyasını müəyyənləşdirir, ona yön verir. İlham Əliyevin qalib, mübariz və qətiyyətli liderlik yolu uzun və rəngarəng həyat hekayəsinə söykənir - bu həyat hekayəsi Azərbaycan dövlətinin həyat hekayəsi ilə paralel inkişaf edir. Azərbaycan Prezidenti öz nümunəsində liderliyin alternativsiz əlifbasını təqdim edir. Sən lidersənsə, hər sözün, hər addımın, hər davranışın güvənc hissi doğurmalıdır.
İlham Əliyevi görən, ona qulaq asan hər kəs ona inanmaq, ona güvənmək istəyir - onun böyüklüynü qəbul və etiraf edir. Ona inanırlar, etibar edirlər, birmənalı olaraq güvənirlər. Bu gün regiondakı vəziyyətin ahəngini İlham Əliyev diktə edir. Bu fakt dünyanın aparıcı kabinetlərindən səslənən ən böyük etirafdır...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45

