Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfər edib
21.11.2013 [09:57]
Bakıda Belarus Respublikasının səfirliyinin yeni binasının açılışı olub
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko noyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
* * *
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko noyabrın 20-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Belarus Prezidenti Aleksandr Lukaşenko tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirəsini yad edərək, məzarları üzərinə güllər qoyub.
* * *
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 20-də Şəhidlər xiyabanını ziyarət edib.
Burada Belarus Respublikasının Prezidenti şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Belarus Respublikasının Prezidenti və nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.
Prezident Aleksandr Lukaşenko “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Belarusun və Azərbaycanın dövlət himnləri səslənib.
Ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan paytaxtının mənzərəsini seyr edib.
Ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən quruculuq-abadlıq işləri barədə məlumat verilib.
* * *
Noyabrın 20-də Bakıda Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin yeni binasının açılış mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mərasimdə iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu qarşılayıb.
Milli geyimli qız prezidentlərə duz-çörək təqdim edib.
Mərasimdə Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirilib, Belarusun dövlət bayrağı qaldırılıb.
Prezidentlər səfirliyin binasının rəmzi açılışını bildirən lenti kəsiblər.
Dövlət başçıları İlham Əliyev və Aleksandr Lukaşenkonun iştirakı ilə 2010-cu ildə təməli qoyulan səfirlik binasının inşası yüksək səviyyədə həyata keçirilib.
Məlumat verilib ki, dörd mərtəbədən ibarət yeni binada həm səfirlik, həm də konsulluq idarəsi yerləşəcək. Binada səfirliyin əməkdaşlarının səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Ərazidə diplomatik korpusun nümayəndələri üçün beşmərtəbəli yaşayış binası da inşa olunub.
Prezidentlər səfirliyin binasında yaradılmış şəraitlə tanış olublar.
Sonra dövlət başçıları səfirliyin həyətində ağac əkiblər.
Daha sonra Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Gəncə avtomobil zavodu ilə Belarusun MAZ zavodunun birgə istehsalı olan müxtəlif təyinatlı texnika və avtomobillərlə tanış olublar.
Qeyd edək ki, Azərbaycan ilə Belarus arasında diplomatik əlaqələr 1993-cü ildə qurulub. 2006-cı ilin fevralında Belarusun Azərbaycanda, həmin ilin avqustunda isə Azərbaycanın Belarusda səfirlikləri açılıb. Hazırda ölkələrimiz arasında yüksək səviyyəli diplomatik münasibətlər mövcuddur. Azərbaycan ilə Belarus bütün sahələrdə uğurlu əməkdaşlıq edir və təsadüfi deyil ki, indiyə qədər ölkələrimiz arasında əməkdaşlığa dair 92 sənəd imzalanıb. Dövlət başçılarının qarşılıqlı səfərləri isə ikitərəfli münasibətləri daha da möhkəmləndirib.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

