/ / Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Milli Gimnastika Arenasında tikinti işlərinin gedişi ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Milli Gimnastika Arenasında tikinti işlərinin gedişi ilə tanış olub
18.02.2014 [09:42]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva fevralın 17-də Bakıda Milli Gimnastika Arenasında tikinti işlərinin gedişi ilə tanış olublar.
Son illərdə ölkəmizdə idman infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər görülür, yeni obyektlər tikilib istifadəyə verilir. Təsadüfi deyildir ki, beynəlxalq Olimpiya Hərəkatının fəal üzvlərindən olan Azərbaycanda tikilən Olimpiya-İdman komplekslərinin sayı 40-ı ötür. Mövcud idman obyektlərində aparılan yenidənqurma işləri beynəlxalq yarışların keçirilməsi üçün ölkəmizin imkanlarını daha da artırır. Azərbaycan 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarına hazırlaşır. İdman infrastrukturunun daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsi olan Milli Gimnastika Arenasında görülən işlər də xüsusi əhəmiyyətə malikdir. Təməli 2009-cu ilin avqustunda dövlətimizin başçısının iştirakı ilə qoyulan arenada tikinti işləri artıq başa çatmaq üzrədir.
Gənclər və idman naziri Azad Rəhimov arenada görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, kompleksin fasadı xüsusi formada işlənib. Burada maraqlı illüminasiya elementlərini təqdim edən ekranlar quraşdırılıb. Əsasən gimnastika yarışları üçün nəzərdə tutulan arenanın əhəmiyyətini artıran mühüm amillərdən biri də buranın digər idman tədbirlərinin və yarışlarının keçirilməsi üçün uyğunlaşdırılmasıdır. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 9 min 600-ə qədər artırmaq mümkündür. Dünya standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Avropada ən yaxşı gimnastika komplekslərindən biri olacaq bu idman qurğusunda otel də yaradılıb.
Diqqətə çatdırılıb ki, Milli Gimnastika Arenasında bu ilin iyununda bədii gimnastika üzrə Avropa çempionatının keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, 2015-ci ildə birinci Avropa Oyunları çərçivəsində 6 gimnastika fənni üzrə yarışların, 2019-cu ildə isə bədii gimnastika üzrə 2020-ci il Olimpiadasına lisenziya xarakterli dünya çempionatının burada keçirilməsi planlaşdırılır.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ayrıca inşa edilmiş məşq zalında yaradılan şəraitlə tanış olublar. Dövlətimizin başçısı və xanımı burada gimnastların məşq prosesini izləyiblər. Məşq zalında idmançılar üçün hər cür şərait yaradılıb.
Qeyd edək ki, Avropa Gimnastika İttifaqının prezidenti də arenada yaradılan şəraiti yüksək qiymətləndirib. Zalda ən son gimnastika avadanlığı quraşdırılıb. Həmin avadanlıq Avropa Gimnastika İttifaqının və Azərbaycan Gimnastika Federasiyasının tövsiyələrinə əsasən yerləşdirilib. Hazırda burada bədii gimnastika və kişilər arasında idman gimnastikası, batut, akrobatika, tamblinq üzrə yığma komandalar məşq edirlər. Burada, eyni zamanda, Beynəlxalq Gimnastika Federasiyasının təşkil etdiyi məşqçi kursları keçirilir. Son iki ayda təlim-məşq hazırlığını Türkiyədən, Qazaxıstandan, Latviyadan, Meksikadan və Macarıstandan olan qadın gimnastlar keçiblər. Kanada, Çexiya, Yunanıstan və Finlandiyadan da qadın gimnastların yaxın zamanlarda Bakıya gəlişi gözlənilir.
Dövlətimizin başçısına və xanımına milli yığmanın forması təqdim olunub.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09

