/ / Azərbaycan Prezidenti İlham Əliyev Qala-Pirallahı avtomobil yolunun birinci hissəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev Qala-Pirallahı avtomobil yolunun birinci hissəsinin açılışında iştirak edib
15.10.2014 [10:18]
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qala-Pirallahı avtomobil yolunun yenidənqurma işlərindən sonra birinci hissəsinin açılışında iştirak edib.
Son illərdə paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bütün bu işlər “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yenilənməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq görülür. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə istismara buraxılır. Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı şəhərində də nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi layihələri üzrə işlər uğurla icra olunur. Bu, Bakıda tıxac probleminin aradan qaldırılmasına və əhalinin rahatlığının təmin edilməsinə yönəldilib. Dövlətimizin başçısının tapşırıqlarına əsasən paytaxtın yol-nəqliyyat infrastrukturunun daha da müasir səviyyəyə çatdırılması istiqamətində məqsədyönlü və mühüm tədbirlər sırasına yeniləri də əlavə edilir.
Nəqliyyat naziri Ziya Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”na uyğun olaraq yenidən qurulan yolun ümumi uzunluğu 22 kilometrə yaxındır. Artıq yolun 15 kilometrə yaxın hissəsi istismara tam hazırdır. Dörd hərəkət zolağı olan yolun tikintisi yüksək səviyyədə həyata keçirilib. Mövcud yol əvvəllər ensiz olduğu üçün hərəkətin intensivliyinə əngəl yaradır və tıxaclara səbəb olurdu. İndi isə yolun hərəkət hissəsinin eni 19 metrə yaxındır. Bu da avtomobillərin rahat və maneəsiz hərəkətinə şərait yaradacaq.
Dövlət proqramına daxil olan bu layihənin reallaşdırılmasında əsas məqsəd həm şəhərin mərkəzinə, həm də Qala və Pirallahı istiqamətinə rahat nəqliyyat əlaqəsini təmin etməkdir. Layihəyə əsasən qovşaqlar və piyada keçidləri də inşa olunub. Bundan başqa, yol boyunca yaşıllıqlar salınıb. İnşaat işləri zamanı burada bütün kommunikasiya sistemləri, o cümlədən su, istilik, qaz, rabitə və yağıntı sularını axıdan xətlər dəyişdirilib. Beləliklə, müasir tələblər səviyyəsində inşa olunan bu yolun tikintisi nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində paytaxtda aparılan mühüm işlərin davamlı xarakter aldığını bir daha təsdiq edir. Bu cür layihələrin uğurla icra olunması sübut edir ki, ölkədə görülən sosialyönümlü tədbirlərdən başlıca məqsəd əhalinin rahatlığını təmin etməkdir.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06

