Prezident İlham Əliyev Mədinədə Peyğəmbər məscidini ziyarət edib
08.04.2015 [09:32]
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində aprelin 7-də Mədinə şəhərində olub.
Dövlətimizin başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri burada Peyğəmbər məscidini ziyarət ediblər.
Peyğəmbər məscidində din xadimləri dövlətimizin başçısını böyük hörmət və ehtiramla qarşılayıblar.
Sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Peyğəmbər məscidində namaz qılıblar.
Peyğəmbər məscidi və ya Məscid ən-Nəbəvi adlanan bu müqəddəs məkan dünyanın ən böyük məscidlərindən biridir. İslamda Məkkədəki Əl-Həram məscidindən sonra ikinci müqəddəs ocaq hesab olunan Peyğəmbər məscidi hicrətdən sonra Mədinədə Məhəmməd peyğəmbər və əshabı tərəfindən inşa edilib. Sahəsi 400 min kvadratmetr olan məscidin 10 minarəsi var.
Bu məsciddə Məhəmməd peyğəmbərin dəfn olunduğu yerə müstəsna hallarda ali qonaqların daxil olmasına icazə verilir. Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində böyük hörmətlə qarşılanan Prezident İlham Əliyevə olan yüksək münasibətin və Onun nüfuzunun nəticəsi idi ki, dövlətimizin başçısına Peyğəmbər məscidində dərin ehtiram göstərilib, Məhəmməd peyğəmbərin dəfn olduğu yer müstəsna hal kimi ali qonağın və ailə üzvlərinin ziyarəti üçün açılıb.
Məscidlə tanışlıq zamanı buraya toplaşan insanlar da Azərbaycan Prezidentinə öz hörmət və ehtiramlarını bildiriblər, onlar dövlətimizin başçısına səmimi salamlarını çatdırıblar.
Məhəmməd peyğəmbərin vaxtında bu məscid Rəsulullahın Mədinədə bütün fəaliyyətinin mərkəzi olub. Buna görə də Peyğəmbər məscidi faktiki olaraq həmin dövrdə İslam ümmətinin mərkəzi hesab edilirdi. Miladi təqvimlə 632-ci ildə həzrəti Məhəmməd (s) dünyasını dəyişdikdə hazırda Peyğəmbər məscidi kompleksinə daxil olan evində dəfn edilib. Hər il Məkkəyə Həcc ziyarətinə gedən zəvvarlar ənənəvi olaraq Mədinəyə gələrək Peyğəmbər məscidində həzrəti Məhəmmədin məzarını da ziyarət edirlər.
Məscid kompleksi müasir texnologiyalar, həmçinin Şərq və İslam mədəniyyətinin vəhdət təşkil etdiyi gözəl memarlıq üslubunda yenidən inşa edilib, ərazisi genişləndirilib. Hazırda burada 650 min müsəlmanın eyni vaxtda ibadətlə məşğul olmaq imkanı var.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri aprelin 7-də başa çatıb.
Xəbər lenti
Hamısına baxElm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24

