Astara əhalisi təklif edilən əlavə və dəyişikliklərə səs verəcək
04.03.2009 [16:55]
Referendum keçirilməsi ərəfəsində olan ölkəmizdə vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsi və onların layiqli həyat səviyyəsinin təmin olunmasına, eyni zamanda, hüquq və azadlıqlarının genişləndirilməsinə yönəlik əlavə və dəyişikliklərlə bağlı maarifləndirmə işləri davam etdirilir.
Dünən “Yeni Azərbaycan” təşviqat qrupu Astara rayon sakinləri ilə görüşlər keçirib. Rayonun Süparibağ, Səngərədi, Şüvi kənd seçki məntəqələrində baş tutan görüşləri “Yeni Azərbaycan” təşviqat qrupu Astara rayon şöbəsinin sədri Natiq İbadov açaraq vətəndaşlara referendum və onun keçirilməsini şərtləndirən amillərdən danışıb. O, xatırladıb ki, müstəqil Azərbaycanın Konstitusiyası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilib: “O zaman Azərbaycan müstəqillik yoluna yenicə qədəm qoyduğundan indiki kimi güclü və inkişaf etmiş bir dövlət deyildi. Artıq nail olduğumuz inkişaf, beynəlxalq müstəvidə tutduğumuz mövqe ölkəmizin qarşısına yeni tələblər qoyur ki, bu da Konstitusiyaya yeni dəyişikliklər etməyin vacibliyini ortaya çıxarır”.
“Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Hadı Rəcəbli öncə bütün astaralıları martın 18-də hamılıqla səsvermə məntəqələrinə gəlməyə çağırıb. H.Rəcəbli deyib ki, təklif edilən əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının daha səmərəli qorunmasına, demokratiyanın, yerli özünüidarənin inkişafına xidmət edir: “Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi zərurətdən yaranan bir məsələdir. Bütün ölkələrdə Konstitusiyalara zaman-zaman əlavə və dəyişikliklər edilir. 1992-ci ildən bəri dünyanın 36 ölkəsində Konstitusiyaya bir neçə dəfə dəyişikliklər edilib. Bu da təbiidir. çünki konstitusiyalar, qanunlar mütləq həqiqət kimi qəbul olunmur, inkişaf olduqca daha da təkmilləşir, yeniləşir. Yəni, bu və ya digər qanunların dəyişməsi zamanın tələbinə uyğun olaraq baş verir. 1995-ci ildə qəbul etdiyimiz Konstitusiyada zamanın tələbinə uyğun olaraq müəyyən dəyişikliklər edilib. İlk belə dəyişikliklər 2002-ci ilin avqust ayında keçirilən ümumxalq səsverməsi zamanı olub. Bu gün Konstitusiyamıza yenidən əlavə və dəyişikliklər edilməsi zərurəti yaranıb. Bəllidir ki, bu dəyişikliklərin təşəbbüskarı da Yeni Azərbaycan Partiyasıdır. Əslində, partiyamız xalqdan gələn istək və arzunu ifadə edib. Təklif olunan dəyişikliklər isə, təbii ki, insanların həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, demokratik inkişaf prosesinin sürətləndirilməsinə, insan hüquqlarının qorunmasına xidmət edir”.
çıxışının sonunda “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi bütün Azərbaycan xalqını ölkəmizin inkişafını daha da sürətləndirəcək Referendum Aktına səs verməyə çağırıb.
Rəvanə Ağayeva:
- Konstitusiyada təklif olunan əlavə və dəyişikliklər yalnız bizə xidmət edir: insanların hüquq və azadlıqlarını artırır, yaşayış şəraitini yaxşılaşdırır. Bu baxımdan mən xalqımızı bu əlavə və dəyişikliklərə səs verməyə çağırıram.
Humay Hüseynova:
- 18 mart günü referenduma-daha da işıqlı gələcəyimizə səs verəcəyik.
Bayram Hacıyev:
- İnsan yaşadıqca həyatda yaxşı və pisi bir-birindən ayıra bilir. Xalqımızın firavan yaşamasına, dövlətimizin yüksəlməsinə xidmət edən əlavə və dəyişiklikləri dəstəkləyirəm. çünki mən bu xalqın oğluyam.
Sakitə Əliyeva:
- Həmişə inkişaf etmiş ölkələrin qanunları və əhalisinin həyat səviyyəsi haqqında ağızdolusu danışırıq. Biz sevinməliyik. Və mən öz ailəm, övladlarım adından deyirəm ki, referendum gününü böyük sevinclə gözləyirəm.
Qürbət İbrahimov:
- Dövlətimizin inkişafına xidmət edən əlavə və dəyişikliklərə 18 martda səs verəcəyəm və hamını buna çağırıram.
Nailə Əliyeva:
- Mən belə bir ölkədə yaşamağımla fəxr edirəm! Həm də qəzetiniz vasitəsilə bütün yaşıdlarıma səslənmək istəyirəm: gəlin, bu vətənin layiqli övladı olmağı bacaraq!
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxAnalitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07

