Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev “Goetzpartners” şirkətinin sahibi və icraçı direktoru ilə görüşüb

Prezident İlham Əliyev “Goetzpartners” şirkətinin sahibi və icraçı direktoru ilə görüşüb

13.02.2016 [11:28]

AZƏRTAC xəbər verir ki, fevralın 12-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Goetzpartners” şirkətinin sahibi və icraçı direktoru Stefan Qötz ilə görüşü olub.
Almaniyada 10 ən böyük konsaltinq şirkətindən biri olan və 9 ölkədə 12 ofisi yerləşən “Goetzpartners” şirkətinin icraçı direktoru Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildirib.
Dövlətimizin başçısı Azərbaycanda xarici şirkətlər üçün əlverişli sərmayə mühitinin olduğunu, onların uğurlu fəaliyyətinə hər cür şəraitin yaradıldığını söyləyib. Prezident İlham Əliyev “Goetzpartners” şirkətini Azərbaycanda fəaliyyətə dəvət edib.
Stefan Qötz dəvətə görə minnətdarlığını bildirib.
Söhbət zamanı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 906 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30