/ / Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib
12.04.2016 [10:01]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Qulam İsakzaini qəbul edib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai etimadnamə məktubunu Prezident İlham Əliyevə təqdim edib.
Prezident İlham Əliyev Azərbaycanın BMT-nin bir çox təsisatları ilə sıx əlaqələr qurduğunu, ölkəmizin təşkilat ilə çox fəal əməkdaşlıq həyata keçirdiyini deyib. Bakının BMT-nin bir neçə mühüm tədbirinə ev sahibliyi etdiyini bildirən dövlətimizin başçısı Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının təsisatlarında iştirakını uğurla davam etdirəcəyinə ümidvar olduğunu deyib.
Son iyirmi il ərzində təmsil etdiyi qurum ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq həyata keçirildiyini bildirən Qulam İsakzai BMT-nin Azərbaycan hökuməti ilə mövcud olan tərəfdaşlıq əlaqələrini gücləndirmək niyyətində olduğunu deyib. O, ölkəmizdə gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirib, yoxsulluğun azaldılması, infrastrukturun yenidən qurulması istiqamətində əldə olunan nailiyyətlərin önəmini vurğulayıb. Ötən səfərindən keçən dövr ərzində ölkəmizdə mühüm dəyişikliklərin şahidi olduğunu qeyd edən Qulam İsakzai bu inkişafa Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi altında nail olunduğunu vurğulayıb. Təşkilatın ölkəmiz ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu bildirən Qulam İsakzai BMT-nin Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi işinə dəstək verə biləcəyinə ümidvar olduğunu deyib.
Prezident İlham Əliyev ölkəmiz ilə BMT arasında çox fəal əməkdaşlıq əlaqələrinin olduğunu məmnunluqla qeyd edib. Yoxsulluğun azaldılmasının ən böyük nailiyyətlərimizdən biri olduğunu deyən dövlətimizin başçısı bütün ölkə miqyasında yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində iş aparıldığını, məşğulluğun yeni mexanizmlərinin təqdim olunduğunu, sosial proqramların həyata keçirildiyini bildirib, görülən tədbirlərin yoxsulluğun aradan qaldırılması işinə böyük töhfə verəcəyini qeyd edib. Qarşıya qoyulmuş məqsədlərə qısa müddət ərzində nail olunması üçün təşkilatın ölkəmizin müvafiq qurumları ilə birgə fəaliyyət göstərməsinin, Azərbaycanın bu istiqamətdə irəli sürdüyü təşəbbüslərin dəstəklənməsinin vacibliyini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunmasının ölkəmiz üçün yaxşı təcrübə olduğunu diqqətə çatdırıb. Dövlətimizin başçısı BMT-nin Sivilizasiyalar Alyansının bu yaxınlarda Bakıda keçiriləcək VII Qlobal Forumunun əhəmiyyətinə toxunaraq Azərbaycanın dünyaya təqdim olunması, eyni zamanda, ölkəmizin inkişaf sahəsində qazandığı təcrübəni bölüşməsi baxımından tədbirin önəmini qeyd edib.
Prezident İlham Əliyev Qulam İsakzaiyə fəaliyyətində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxİdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01

