Bu gün ulu öndərin siyasəti, Onun ideyaları yaşayır və uğurla davam etdirilir
13.05.2009 [10:53]
Mayın 10-da “Buta” sarayında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə təntənəli mərasim keçirilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlət və hökumət nümayəndələrinin, xarici ölkələrdən dəvət olunan qonaqların iştirak etdikləri tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva çıxış edərək deyib ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyi ilk növbədə vətənpərvərliyə, Vətənə olan sonsuz məhəbbətə söykənirdi.
Azərbaycanın birinci xanımı dahi rəhbərin ölkəmiz və xalqımız qarşısında xidmətlərini xatırladaraq bildirib ki, yalnız böyük və nadir insanlar yüksək və ali missiyanın daşıyıcıları olurlar. Belə insanların ömür yolu ali məqsədlərə xidmət edir və əbədi mübarizəyə həsr olunur.
“Heydər Əliyev qalibiyyətinin nəticəsi müstəqil Azərbaycandır”, - deyən Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Fondun beş illik fəaliyyətinə nəzər salıb. Heydər Əliyev Fondunun beş illik fəaliyyəti dövründə cəmiyyəti narahat edən bir çox sahələrin inkişafına, problemlərin həllinə diqqət yetirdiyini, iri layihələrin həyata keçirdiyini bildirən Mehriban xanım Əliyeva deyib: “Bu beş il ərzində görülən işlər bir çox sahələri - elmi, təhsili, mədəniyyəti, səhiyyəni, sosial sferanı əhatə edir. Lakin onları birləşdirən bir amil var. Bu da Azərbaycana, Vətənə xidmət etmək arzusu və şərəfidir. Bir daha sizi əmin etmək istəyirəm ki, Heydər Əliyevin adını daşıyan bu Fond Azərbaycanın bu günü və gələcəyi naminə bundan da artıq işlərə hazır və qadirdir. Qoy, Tanrı hər zaman Azərbaycanı qorusun”.
Sonra ümummilli lider Heydər Əliyev haqqında film nümayiş etdirilib. Filmdə ulu öndərin ailə həyatından görüntüləri əks etdirən kadrlar ilk dəfə ictimaiyyətə təqdim olunub.
Prezident İlham Əliyev mərasimdə çıxış edib.
Heydər Əliyevin bütün dövrlərdə ən ağır sınaqlardan şərəflə çıxdığını qeyd edən dövlətimizin başçısı deyib ki, bu gün ulu öndərin siyasəti, Onun ideyaları yaşayır və uğurla davam etdirilir. Biz - Onun davamçıları bundan sonra da Onun siyasətini davam etdirəcəyik və Azərbaycanı Onun yolu ilə irəliyə aparacağıq. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan müasir dövlətdir və ölkəmiz inkişaf edir. Bu inkişaf yolunu isə bizə Heydər Əliyev göstərib və ulu öndərin bizə ərmağan etdiyi azərbaycançılıq ideyası dövlətimizin əsas ideoloji sütunlarından biridir.
Prezident İlham Əliyev deyib: “çox böyük qürur hissi keçirirəm ki, biz - Heydər Əliyevin davamçıları ölkəmizi Onun istədiyi kimi idarə edirik. Biz ölkəmizi idarə edərkən, ilk növbədə, Heydər Əliyev kimi xalqın inamına arxalanırıq, öz siyasətimizi xalqın iradəsi ilə aparırıq. Bu, hər bir ölkənin uğurlu inkişafı üçün başlıca şərtdir”.
Heydər Əliyev Fondunun beş illik fəaliyyətini yüksək qiymətləndirən dövlətimizin başçısı bildirib ki, Fond fəaliyyəti dövründə yardıma ehtiyacı olan hər kəsin yanında olub, onlara yardım əlini uzadıb. Heydər Əliyev Fondunun artıq ölkə həyatında önəmli amilə çevrildiyini qeyd edən Prezident İlham Əliyev deyib: “Bu Fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll edilə bilər. Fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən “xoş niyyət” deyərdim”.
Sonra Heydər Əliyev Mükafatının təqdimetmə mərasimi olub.
Azərbaycan təsviri sənətinin inkişafındakı xüsusi xidmətlərinə görə heykəltaraş, xalq rəssamı ömər Eldarova Heydər Əliyev Mükafatı təqdim edilib.
ölkəmizin musiqi mədəniyyətinin inkişafındakı xüsusi xidmətlərinə görə bəstəkar, xalq artisti Arif Məlikova Heydər Əliyev Mükafatı təqdim olunub. Heydər Əliyev Mükafatı Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təqdim edilib.
Mehriban xanım Əliyeva: “İlk növbədə, cənab Prezident, Sizə və mənim fəaliyyətimə belə yüksək qiymət verən bütün insanlara öz dərin minnətdarlığımı bildirirəm. Vətənimizə ləyaqətlə xidmət etmək hər birimizin borcudur. Heydər Əliyev Mükafatı ilə təltif olunmaq mənim üçün ən böyük şərəfdir. Mənə inanan, mənə kömək edən, məni dəstəkləyən bütün insanlara bir daha öz dərin təşəkkürümü bildirirəm. Mənim üçün tükənməz güc mənbəyi olan ailəmə - atama, uşaqlarıma və həyat yoldaşıma öz hədsiz məhəbbətimi və dərin hörmətimi bildirirəm. Sonda mənə verilən pul mükafatını Silahlı Qüvvələrə Yardım Fonduna keçirməyimi elan edirəm. Təşəkkür edirəm, çox sağ olun”.
Sonra Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmin nümayişi olub.
Daha sonra Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatı müxtəlif nominasiyalar üzrə sahiblərinə təqdim edilib.
Heydər Əliyev Fondunun layihə və proqramlarında fəal iştirakına, xalqlararası əlaqələrin inkişafına töhfəsinə görə ilk nominasiyada mükafat ulu öndərin məsləkdaşı və yaxın dostu İhsan Doğramacıya verilib. Mükafat İhsan Doğramacının oğlu, Bilkənd Universitetinin rektoru Əli Doğramacıya təqdim edilib.
Qədim muğam irsinin qorunmasında, muğam ifaçılıq məktəbinin inkişafında, yeni ifaçılar nəslinin yetişməsindəki xidmətlərinə görə xalq artisti Əlibaba Məmmədova “Qızıl çinar” beynəlxalq mükafatı təqdim olunub. Heydər Əliyev Fondu ilə sıx əməkdaşlığa, beynəlxalq əhəmiyyətli layihədə fəal iştirakına və bu işə verdiyi töhfəyə görə BMT-nin ölkəmizdəki sabiq rezident əlaqələndiricisi Marko Borsotti də “Qızıl çinar”la mükafatlandırılıb.
Növbəti nominasiyada qalib Heydər Əliyev Fondunun səhiyyə sahəsindəki fəaliyyətinə verdiyi dəstəyə görə ürək və damar cərrahı Rəşad Mahmudov elan olunub və mükafat sahibinə təqdim edilib.
Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Samux rayonunun Sarıqamış kənd orta məktəbinin tikintisinə göstərdiyi dəstəyə görə Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevskiyə də “Qızıl çinar” beynəlxalq mükafatı verilib. Sonuncu nominasiyada gənc nəslin hərtərəfli, sağlam vətəndaş kimi böyüməsi sahəsindəki xidmətlərinə görə paytaxtın Nizami rayonundakı 1 nömrəli uşaq evinin direktoru Nərminə Zöhrabova qalib elan edilib.
Mükafatlandırma mərasimindən sonra incəsənət ustalarının maraqlı konsert proqramı olub.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47

