/ / Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16.07.2016 [09:28]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu yaxınlarda Varşavada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünü və ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi ilə bağlı danışmaq fürsəti əldə etdiklərini məmnunluqla vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini deyib. Prezident İlham Əliyev Türkiyənin Baş naziri Binəli Yıldırımın ilk xarici səfərinin Azərbaycana etməsinin önəmini də qeyd edib. Birgə layihələrin vaxtında icra olunmasına toxunan dövlətimizin başçısı Azərbaycan-Türkiyə birliyinin və dostluğunun getdikcə daha da möhkəmləndiyini və artıq bir çox sınaqlardan çıxdığını qeyd edərək bildirib ki, xalqlarımız və digər ölkələr bu birliyin və qardaşlığın möhkəm və sarsılmaz olduğunu görürlər. Ölkələrimizin bundan sonra da bir-birinin yanında olacağını deyən Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana bu səfərinin ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi istiqamətində növbəti addım olacağına əminliyini ifadə edib.
Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Prezident Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarını dövlətimizin başçısına çatdırıb. O, Prezident İlham Əliyevin NATO-nun Varşava Zirvə toplantısında iştirakının və keçirdiyi görüşlərin önəmini vurğulayıb. Mövlud Çavuşoğlu Türkiyə ilə Rusiya arasında əlaqələrin düzəlməsində verdiyi güclü dəstəyə görə ölkəsi və xalqı adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Türkiyənin xarici işlər naziri son vaxtlar Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımların yaxşı nəticələr verdiyini deyib və bu uğurların ölkəsində sevinclə qarşılandığını qeyd edib. Türkiyə-Azərbaycan ikitərəfli münasibətlərinin mükəmməl olduğunu vurğulayan Mövlud Çavuşoğlu xüsusilə son bir ildə əlaqələrimizin daha sıx şəkildə inkişaf etdiyini deyib.
Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Türkiyə Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

