Prezident İlham Əliyev Sabirabad rayonuna səfər edib
20.09.2016 [10:34]
Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın pambıq tarlası ilə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Sabirabad rayonunda Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın pambıq tarlası ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev pambıqçılarla görüşüb.
Fatma Hüseynova deyib: Özüm ali təhsilli aqronomam. Mən bunun sentnerini hesablamışam, təxminən 35-40 sentner arasında məhsul olacaq. Ümumiyyətlə, bizim Sabirabadda pambıq pis deyil.
Prezident İlham Əliyev: Amma son vaxtlar az əkilir. Ona görə gəlmişəm ki, bərpa edim.
Fatma Hüseynova: Bəli, bunu bərpa etmisiniz. Allah Sizə ömür versin. Bax, bu, qızların çörəyidir, həyatıdır. Vallah, hamısı sevinir. Eşidən də deyir Allah Prezidentin köməyi olsun ki, bunu bərpa etdi, təzədən qaytardı.
Prezident İlham Əliyev: Mənə məlumat verilib ki, bu il altı min hektar əkilib. Gələn il 15 min hektar olacaq.
Fatma Hüseynova 15 hektar sahədə yaxşı məhsul yetişdirmək üçün onlara hər cür şərait yaradıldığını bildirib. O, Ulu öndər Heydər Əliyevin bu tarlalara gəlişini xatırlayıb, yerli sakinlərin həmin səfərləri və ümumiyyətlə, Ümummilli liderin xatirəsini daim ehtiramla yad etdiklərini diqqətə çatdırıb.
Sonra söhbət çay süfrəsi arxasında davam etdirilib.
Fatma Hüseynova Ulu öndər Heydər Əliyevin Sabirabada səfərlərinin birində çəkilmiş fotoşəkli və səfərə həsr edilmiş yerli “Muğan” qəzetinin bir nüsxəsini dövlətimizin başçısına təqdim edib.
Pambıqçılar Prezident İlham Əliyev tərəfindən pambıqçılığın yenidən dirçəldilməsi ilə bağlı təşəbbüsünü mühüm hadisə kimi dəyərləndiriblər.
Prezident İlham Əliyev: Biz indi pambığın inkişafını planlı şəkildə aparmalıyıq. Ona görə, indi işlər görülür, qısa müddət ərzində tədbirlər həyata keçirilib, texnika gətirilib, suvarma işləri təmin edilib. Ancaq bizim əsas işimiz gələn il olacaq. Gələn ilə hazırlıqlar ciddi gedəcək. Vaxtımız da çoxdur. Əgər bu il təxminən 51 min hektar əkilibsə, gələn il ölkə üzrə təqribən 120-130 min hektar əkilməlidir. Bu da iş yerləri deməkdir. İnsanları işlə təmin etmək üçün bu, çox vacib sahədir. Yaxşı pul alacaqlar.
Dövlətimizin başçısı rayonda torpaq sahələrinin vəziyyəti ilə maraqlanıb.
Rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov torpaqlardan təyinatı üzrə istifadə edilməsi üçün görülən tədbirlərlə bağlı Prezidentə məlumat verib.
Prezident İlham Əliyev pambıqçılığın perspektivləri, pambığın məhsuldarlığının artırılması, hazır məhsulun satınalma qiymətləri ilə əlaqədar pambıqçılarla söhbət edib.
Söhbət zamanı pambığın məhsuldarlığının artırılmasında müasir suvarma sisteminin tətbiqi, kənd təsərrüfatı texnikasının və gübrələrin alınmasının əhəmiyyəti qeyd edilib.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

