/ / Heydər Əliyev adına neft emalı zavodunda yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimi olub
Heydər Əliyev adına neft emalı zavodunda yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimi olub
20.09.2016 [10:34]
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
Sentyabrın 19-da Bakıda Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevə yeni bitum istehsalı qurğusunun inşası və Heydər Əliyev adına neft emalı zavodunda aparılacaq yenidənqurma layihəsi çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, Heydər Əliyev adına neft emalı zavodunda inşa ediləcək yeni bitum istehsalı qurğusunun illik istehsal gücü 400 min ton olacaq. Bu qurğuda “EN 40/60” markalı yol bitumu istehsal ediləcək və qurğunun 2018-ci ilin ortalarında istismara veriləcəyi gözlənilir.
Yeni bitum istehsalı qurğusunun inşası Heydər Əliyev adına neft emalı zavodunda aparılacaq yenidənqurma tədbirlərinin ilkin mərhələsi olacaq. Bu qurğunun inşası məqsədilə detallı layihələndirmə, satınalma və tikintinin idarə edilməsi işlərinin həyata keçirilməsi üçün bu sahədə qabaqcıl təcrübəyə malik Avstriyanın “Poerner” şirkəti ilə Heydər Əliyev adına neft emalı zavodu arasında müvafiq müqavilə imzalanıb. Yeni bitum istehsalı qurğusunun inşası ilə keçmiş “Azərneftyağ” neft emalı zavodunun mövcud infrastrukturu tamamilə istismardan çıxarılacaq, dənizkənarı ərazilər boşaldılaraq “Ağ şəhər” layihəsinin reallaşdırılması üçün təhvil veriləcək. Bundan əlavə, Heydər Əliyev adına neft emalı zavodunun istismar xərcləri optimallaşdırılacaq və ölkə yüksək keyfiyyətli neft bitumu ilə təmin ediləcək.
Heydər Əliyev adına neft emalı zavodunda aparılacaq yenidənqurma işlərinin növbəti mərhələləri çərçivəsində müəssisədə yüksək keyfiyyətli neft məhsullarının istehsalı nəzərdə tutulub. Proqrama əsasən, 2019-cu ildə Heydər Əliyev adına neft emalı zavodunda “avro-5” standartı üzrə dizel yanacağı, 2020-ci ildə isə “avro-5” standartı üzrə benzin istehsalı planlaşdırılıb. Layihənin reallaşdırılması ilə Heydər Əliyev adına zavodun emal gücü 7,5 milyon tona qədər artırılacaq, nəticədə ölkənin növbəti 15-20 il üçün avtomobil yanacaqlarına olan daxili tələbatı tam ödəniləcək və keyfiyyətli neft məhsulları üzrə ixrac potensialı daha da artırılacaq. Sözsüz ki, layihənin icrası Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılmasına və ümumilikdə ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək.
Prezident İlham Əliyev Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlini qoyub.
Dövlətimizin başçısına məlumat verilib ki, son vaxtlarda 80-dən çox müasir texnika alınaraq ölkəyə gətirilib. Müxtəlif texnoloji nəqliyyat vasitələrindən, traktor-maşın mexanizmlərindən və stasionar güc aqreqatlarından ibarət olan bu avadanlıqlar neft və qazın hasilatının sabit saxlanmasına, quyuların yeraltı əsaslı və cari təmirinə geniş imkanlar yaradır, onlar uğurla sınaqdan çıxarılıb.
Zavodun kollektivi ilə görüşən Prezident İlham Əliyev deyib: “Neftçilərin peşə bayramı ərəfəsində gözəl bir hadisə baş verir, bitum qurğusunun təməlini qoyuruq. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm.
Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsinə bu gün start verilir. Gələcəkdə görüləcək işlər, əlbəttə, ona gətirib çıxaracaq ki, bu zavod dünya səviyyəli bir zavoda çevriləcək. Bu zavodun böyük tarixi var. Ancaq həyat yerində durmur, yeni texnologiyalar tətbiq olunmalıdır və bu neftayırma zavodu dünyanın ən yüksək standartlarına cavab verməlidir. Bu zavodun yenidən qurulması təqribən 2-3 il çəkəcək. Ondan sonra ən yüksək səviyyəli yanacaq istehsal olunacaq - dizel yanacağı, benzin, aerokerosin. Burada ən yüksək ekoloji standartlar təmin ediləcək, neftayıranların iş şəraiti yaxşılaşacaq. Ölkəmizin inkişafı üçün bu zavodun xüsusi əhəmiyyəti var.
Hazırda bizdə yanacağın mütləq əksəriyyəti demək olar ki, bu zavodda istehsal olunur. Bu, bizim inkişafımız, təhlükəsizliyimiz üçün çox böyük məna daşıyan bir müəssisədir. Çünki bizim böyük neft ehtiyatlarımız var və neft sənayesinin bütün zənciri Azərbaycanda mövcuddur - hasilat, daşıma, emal, satış, ixrac, həm neft məhsulları, həm xam neft. İndi son vaxtlar qaz ixracı ilə məşğul olmağa başlamışıq. Orada da çox böyük potensial var. Yəni, bu zavodun yenidən qurulması ölkəmizin inkişafına veriləcək çox böyük töhfə olacaq. Eyni zamanda, Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün də bunun çox böyük əhəmiyyəti var. Bu ərazidə külək əsəndə bəzi hallarda hiss olunan iylər aradan qalxacaq, dəniz kənarında yerləşən neftayırma zavodu köçürüləcək, onun yerində gözəl ictimai yerlər salınacaq. Necə ki, indi yeni bulvar və “Ağ şəhər” bulvarı yaradılıbdır.
İndi “Ağ şəhər” bulvarı gəlib neft emalı zavoduna çatıb. Bu yenidənqurmadan sonra o zavod oradan köçürüləcək və beləliklə, Bakı sakinləri üçün əlavə bir neçə kilometr gözəl ictimai istirahət zonası da yaradılacaq.
Yəni, bu işlər bir-biri ilə bağlıdır - ekoloji təmizlik, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, şəhərimizin gözəlləşdirilməsi. Bu işlərin bir məqsədi var - Azərbaycanın inkişafı və daha da güclü ölkəyə çevrilməsi. Ona görə, bu gün - Neftçilər günü ərəfəsində gəldim ki, sizinlə bərabər bu təməlqoyma mərasimində iştirak edim. Bir daha qeyd etmək istəyirəm ki, bu gün Heydər Əliyev adına neft emalı zavodunun əsaslı modernləşdirilməsinin birinci günüdür. Sizi təbrik edirəm və bütün Azərbaycan neftçilərinə uğurlar, cansağlığı arzulayıram. Sağ olun”.
* * *
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06

