Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç ilə görüşüb

Prezident İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç ilə görüşüb

24.02.2017 [09:44]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin cari il ərzində dörd dəfə görüşdüyü xüsusi vurğulanıb, Cənub Qaz Dəhlizinin tikintisi, bu sahədə əldə olunan nailiyyətlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan ilə Avropa Komissiyası arasında enerji məsələləri ilə yanaşı, nəqliyyat dəhlizləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Yeni Asiya-Avropa nəqliyyat dəhlizindən istifadə imkanlarından danışan Maroş Şefçoviç Avropa şirkətlərinin bu layihəyə cəlb olunmasının və bu məsələdə Avropa Komissiyasının mümkün dəstəyinin əhəmiyyətini vurğulayıb.
Söhbət zamanı Azərbaycanda alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi, bu məsələdə Avropa İttifaqının təcrübəsindən istifadə edilməsinin mümkünlüyü qeyd olunub.

Paylaş:
Baxılıb: 937 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İkisi bir boyda...

23 İyul 12:20  

Sosial

33 il öncə bu gün...

23 İyul 11:28  

YAP xəbərləri

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31