Prezident İlham Əliyev Xalq Artisti Rauf Abdullayevə “İstiqlal” ordenini təqdim edib
03.11.2017 [10:15]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq Artisti, Dövlət Mükafatı Laureatı Rauf Abdullayevə “İstiqlal” ordenini təqdim edib.
AZƏRTAC xəbər verir ki, Xalq Artistini təbrik edən Prezident İlham Əliyev deyib: “İlk növbədə, Sizi yubileyiniz münasibətilə təbrik etmək istəyirəm. Sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illərdir ki, Azərbaycanın musiqi sənətinə böyük töhfə verirsiniz. Siz 20 ildir ki, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin bədii rəhbəri və dirijoru vəzifəsində çalışırsınız. Sovet dövründə siz bu orkestrə rəhbərlik etmisiniz, 1980-ci illərdə. Ondan sonra bir müddət xaricdə çalışmısınız və iyirmi il bundan əvvəl Azərbaycana qayıdıb yenə də bu orkestrə rəhbərlik etməyə başlamısınız. İyirmi ildir ki, bizim hamımızı öz sənətinizlə sevindirirsiniz.
Ulu öndər Heydər Əliyev sizin fəaliyyətinizə çox yüksək qiymət verirdi. Mən sizinlə Onun çoxsaylı görüşlərinin şahidi olmuşam. Bilirəm ki, Onun sizə münasibəti çox yaxşı, çox müsbət idi. Bütün rəsmi tədbirlərdə siz iştirak edirdiniz.
Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir və siz 1997-ci ildə “Şöhrət”, 2012-ci ildə isə “Şərəf” ordenləri ilə təltif olunmusunuz. Bu yaxınlarda mənim Sərəncamımla Azərbaycan dövlətinin ali ordeni olan “İstiqlal” ordeni ilə də təltif edilmisiniz”.
* * *
Prezident İlham Əliyev “İstiqlal” ordenini Xalq Artisti Rauf Abdullayevə təqdim edib.
* * *
Ümummilli lider Heydər Əliyevin incəsənət adamlarına, o cümlədən onun rəhbərlik etdiyi orkestrə daim diqqət göstərdiyini minnətdarlıqla xatırlayan Xalq Artisti Rauf Abdullayev deyib: “Ulu öndər Heydər Əliyev bizə, bizim orkestrə həmişə dəstək idi, bizim yanımızda idi. Hər dəfə konsertlərdən sonra yığışanda söhbət zamanı həmişə soruşardı, nə var-nə yox, işlər necədir? Arzularımızı Ona söyləyərdik və O, hamısını həll edərdi. Bu, bizim üçün böyük qayğı idi.
Siz də Onun layiqli davamçısı olaraq bizim incəsənət, mədəniyyət işçilərimizə həmişə hörmət etmisiniz, onlara fəxri adlar, ordenlər vermisiniz. Sizin qayğınızı hamımız hiss edirik. Ona görə də Sizə, Mehriban xanıma möhkəm cansağlığı, xoşbəxtlik arzulayır, işlərinizdə uğurlar diləyirəm”.
Prezident İlham Əliyev: Çox sağ olun.
* * *
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxGündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54

