Prezident İlham Əliyev Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirini qəbul edib
06.12.2017 [10:23]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən rabitə və texnologiyalar sahəsində uğurla inkişaf etdiyi qeyd olunub.
Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov Azərbaycan Prezidenti İlham Əliyev ilə 2011-ci ildə Kazan şəhərində İnformasiya Texnologiyaları Parkında görüşdüklərini, o zaman Prezident İlham Əliyevin orada xatirə kitabında fəaliyyət göstərməyə başlayan şirkətlərə yazdığı ürək sözlərini məmnunluqla xatırlayıb. Nikolay Nikiforov qeyd edib ki, bu gün o, azərbaycanlı həmkarı ilə ölkəmizdə fəaliyyətə başlayan bir sıra start-up layihələri ilə də artıq tanış olub. Rusiyalı qonaq iki ölkənin texnologiya sahəsində əməkdaşlıq proqramının genişlənməsinin vacibliyini qeyd edib.
Nikolay Nikiforov XXIII Bakutel-2017 sərgisində 20-dən çox ölkənin, 190-dan artıq şirkətin, o cümlədən Rusiya Federasiyası şirkətlərinin və eləcə də müxtəlif ölkələrin bir sıra nazirlərinin iştirak etdiyini vurğulayıb və bu tədbirin artıq rabitə sahəsində mütəxəssislərin ənənəvi görüş yerinə çevrildiyini məmnunluqla qeyd edib.
Prezident İlham Əliyev XXIII Bakutel-2017 sərgisinin önəmini qeyd edərək, Rusiya Federasiyasının bu tədbirdə yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə edib. Bu cür sərginin artıq ənənəvi xarakter aldığını qeyd edən dövlətimizin başçısı bunu müasir texnologiyalarla bağlı beynəlxalq əhəmiyyətli bir tədbir kimi dəyərləndirib. Prezident İlham Əliyev Nikolay Nikiforovun ölkəmizə bu səfərinin əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
Söhbət zamanı Azərbaycanın tranzit imkanlarından istifadə edilərək, poçt, TASIM layihəsi çərçivəsində əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxHadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24

