Azərbaycan davamlı iqtisadi inkişafın növbəti mərhələsinə qədəm qoymaqdadır
15.08.2009 [02:01]
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət Azərbaycanın inkişaf dinamikasını daha da möhkəmləndirərək gələcək illər üçün əsaslı zəmin yaratmaqdadır. Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü siyasət ölkəmizin dünyada ən yüksək inkişaf templərinə malik olduğunu təsdiqləməkdədir. Bu ilin ilk yarısında əldə olunmuş sosial-iqtisadi inkişaf göstəriciləri ölkəmizin dünya iqtisadiyyatında baş verən böhran meyillərindən kənarda qalmasını şərtləndirməklə yanaşı, qarşıdakı illər üzrə uzunmüddətli inkişafının təmin edilməsinə baza yaratmış olur. 2009-cu ilin ilk 6 ayının makroiqtisadi göstəriciləri respublikamızın düşünülmüş iqtisadi strategiyasının davam etdirilməsinin məntiqi nəticəsi sayıla bilər.
Bütün ölkələr hazırda dünya maliyyə böhranından çıxış yollarını aramaq və iqtisadiyyatlarını 1 faizlik inkişaf tempi ilə qoruyub saxlamaq üçün ciddi səylər göstərməyə başladığı halda Azərbaycan hökuməti davamlı iqtisadi inkişafın növbəti mərhələsinə qədəm qoymaqdadır. Hazırda ölkəmizdə iqtisadi artım meyillərinin daha da sürətlənməsi ilə bağlı strateji konsepsiyanın gerçəkləşməsi üçün mühüm addımlar atılmaqdadır. Dünyada neftin kəskin şəkildə ucuzlaşması belə respublikamızdakı inkişafa təsir göstərməyib. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, “dünyada yaşanan böhran və eyni zamanda, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində təbii olaraq bizim gəlirlərimiz azalıbdır. 2009-cu ilin büdcəsində neftin qiyməti 70 dollar səviyyəsində nəzərdə tutulmuşdu. Ancaq reallıq onu göstərir ki, orta hesabla təxminən 40-50 dollar civarındadır. Buna baxmayaraq, bizim kifayət qədər imkanlarımız var, resurslarımız var. Biz son illər ərzində özümüzü böyük dərəcədə gücləndirə bilmişik və belə olan halda, təbii ki, Azərbaycan bu böhrandan da üzüağ çıxacaqdır”.
Hökumətin həyata keçirdiyi makroiqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri maliyyə sabitliyini möhkəmləndirmək və inflyasiyanın aşağı salınmasına nail olmaqdır. Həyata keçirilən siyasət bu sahədə də effektiv nəticələr verməkdədir. Birinci yarımillikdə inflyasiya 3,7 faiz təşkil edib. Ərzaq malları üzrə inflyasiya 2,1 faiz olub. Qiymət indeksinin aşağı düşməsinin müqabilində əhalinin pul gəlirləri 19 faiz artıb. Orta aylıq əməkhaqqı 15 faiz yüksəlib. Bu isə ölkə vətəndaşlarının həyat səviyyəsinin yaxşılaşması və ümumilikdə, iqtisadi inkişaf üçün mühüm zəmin yaradır. Onu da qeyd edək ki, inflyasiya artıq birrəqəmli həddə düşüb və bu amil Azərbaycan hökumətinin 2009-cu ildə antiinflyasiya tədbirlərini daha da gücləndirərək qiymət indeksinin birrəqəmli həddə düşməklə bağlı effektiv addımlarının nəticəsi kimi dəyərləndirilə bilər.
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi siyasətin başlıca hədəfləri əhalinin sosial şəraitinin yaxşılaşması, iqtisadi bölmələrdə fəallığın təmin edilməsi, maliyyə bazarının canlandırılması və investisiya qoyuluşlarının davam etdirilməsi ilə bağlıdır. Dövlət başçısı dünyanın əksər ölkələrində ciddi iqtisadi problemlər yaşandığı halda Azərbaycanda uğurlu iqtisadi inkişafın davam etdiyini xatırladaraq bu strategiyanın daha da dərinləşəcəyinə əmindir. “Bu ilin birinci yarısında ümumi daxili məhsul 3,6 faiz artmışdır. çox sevindiricidir ki, qeyri-neft sektorunda artım 4,1 faiz təşkil etmişdir. Bu, çox gözəl göstəricidir və onu göstərir ki, bizim iqtisadiyyatımız və ümumiyyətlə, ölkəmizin gələcəyi neft amilindən daha az asılıdır. Azərbaycanın iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Biz bu gün özümüzü, demək olar ki, bütün cəhətlərdən təmin edirik. Enerji təhlükəsizliyimiz təmin edilib, nəqliyyat təhlükəsizliyimiz təmin edilib, ərzaq təhlükəsizliyimiz təmin edilib. Bu üç amil hər bir ölkənin inkişafı üçün mühüm rol oynayır. Bu üç istiqamətdə Azərbaycan çox böyük uğurlarla fəxr edə bilər. Bu vaxta qədər əldə edilmiş uğurlar, əlbəttə ki, bundan sonrakı illərdə böyük rol oynayacaqdır. Biz iqtisadi və siyasi islahatları bundan sonrakı illərdə davam etdirəcəyik”.
2009-cu ildə makroiqtisadi siyasətin əsas hədəflərindən biri sosial məsələlərin həll edilməsi ilə xarakterizə olunacaq. ümumiyyətlə, sosial məsələlər hökumətin əsas diqqət mərkəzində olduğundan, real gəlirlərin də ilk növbədə bu sahəyə yönəldilməsi prioritetdir. Dövlətin gəlirləri artdıqca, vəsaitlərin sosial kateqoriyalara ayrılması üçün tədbirlərin görülməsi nəzərdən keçirilir. ötən illərdə minimum əməkhaqlarının, pensiyaların baza hissəsinin artırılaraq 75 manata çatdırılması, ünvanlı sosial yardımların məbləğinin yüksəldilməsi, büdcədən maliyyələşən təşkilatlarda çalışan bütün işçilərin maaşlarının artırılması, ümumilikdə büdcədən sosial bölməyə ayrılan xərclərin həcminin çoxaldılması sosial siyasətin başlıca istiqamətlərini təşkil edib və bu il də həmin siyasətin davamlı olacağı istisna edilmir. ümumiyyətlə, hökumətin məqsədi bütün sosial proqramların maksimum şəkildə icra edilməsinə nail olmaqdan ibarətdir.
Hər bir ölkənin sabit və təhlükəsiz inkişafında kənd təsərrüfatı xüsusi rol oynayır. Bu məqsədlə aqrar bölməyə hər il diqqəti artıran Azərbaycan hökuməti bu sahə ilə bağlı, demək olar ki, bütün hədəflərinə çatmağa nail olub. ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm verən hökumət aqrar bölmənin inkişafı üçün həm dövlətin maliyyə dəstəyini artırıb, həm də maliyyə qurumlarının bu sahəyə kredit axınlarını sürətləndirməyə yönələn siyasəti gücləndirib. Aqrar sahə əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində həlledici rol oynadığından hökumət hər il kənd təsərrüfatı mülkiyyətçilərinə güzəşt və yardımları artırır. Hökumət artıq strateji məqsədlərdən biri olan kənd təsərrüfatında bir nömrəli məhsul sayılan taxılın istehsalını artıraraq yerli istehsal hesabına tələbatı ödəməyə müvəffəq olmaqdadır. Prezident kənd təsərrüfatındakı bu nailiyyəti yüksək dəyərləndirərək bu sahəyə diqqətin daha da artırılmasının zəruriliyini bildirib: “Biz son illər ərzində kənd təsərrüfatının inkişafına xüsusilə böyük diqqət göstərmişik. Azərbaycanın tarixində ilk dəfə olaraq, biz özümüzü taxılla təmin edəcəyik. Bu il 3 milyon ton taxıl istehsal ediləcək, bu, böyük göstəricidir. Təkcə bir il ərzində Azərbaycanda 500 min ton əlavə taxıl istehsal olunacaqdır. 2,2 milyon ton buğda istehsalı bizim, demək olar ki, ərzaq təhlükəsizliyimizin əsas hissəsinin təmin edilməsinə xidmət göstərir. Biz çalışmalıyıq ki, kənd təsərrüfatımız daha çox intensiv inkişaf etsin. Azərbaycanın çox gözəl, işgüzar münasibətləri var, bütün qonşu bazarlar bizim üçün açıqdır, məhsulumuz həmin bazarlara sərbəst şəkildə daxil olur. Azərbaycanda nə qədər çox emal müəssisələri yaranarsa, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı da bir o qədər çox artacaqdır”.
Amerika və Avropanın ən inkişaf etmiş dövlətlərinin böhranla bağlı investisiya layihələrini dayandırmasına baxmayaraq, Azərbaycan bu istiqamətdə layihələri həyata keçirməkdə davam edir. Dövlət investisiya xərcləri hesabına əvvəlkitək yenə də infrastruktur bölmələrində işlər davam etdirilir. Hökumət sərmayə proqramları ilə yanaşı, şirkətlərə birbaşa maliyyə yardımlarının göstərilməsinə, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsinə, onlara vergi güzəştlərinin tətbiq edilməsinə, sahibkarlara güzəştli kreditlərin verilməsinin artırılmasına, ixracyönümlü müəssisələrin dəstəklənməsinə, kənd təsərrüfatı mülkiyyətçilərinə yardımların gücləndirilməsinə dəstək verməkdədir. Prezident İlham Əliyev bu siyasətin gücləndiriləcəyini və davamlı olacağını xatırladıb: “Bu il sahibkarlığın inkişafı üçün daha da böyük vəsait nəzərdə tutulur. Dövlət tərəfindən ayrılan kreditlərin məbləği artır, eyni zamanda, ənənəvi olaraq kənd təsərrüfatının inkişafı üçün subsidiyalar nəzərdə tutulubdur. Azərbaycan gələcəyə çox böyük ümidlərlə baxır. İndiki vəziyyət çox ürəkaçandır və şübhə etmirəm ki, bizim uğurlu inkişafımız ilin sonuna qədər davam edəcəkdir”.
2009-2013-cü illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın qəbul edilməsindən bir neçə ay keçməsinə baxmayaraq bölgələrdə sosial, iqtisadi və infrastruktur layihələrinin həyata keçirilməsi geniş miqyas alıb. Bütün rayonlarda quruculuq, tikinti-abadlıq, təmir-bərpa işləri, yeni istehsal sahələrinin yaradılması intensiv şəkildə davam etməkdədir. 2009-cu ilin ötən dövrü ərzində artıq 35 min yeni iş yerləri açılıb ki, onlardan 25 mini daimidir. Yeni konsepsiya ölkədəki dinamik inkişafın sürətlənməsi, makroiqtisadi sabitliyin möhkəmlənməsi, bölgələrin bərabər şəkildə inkişafının təmin edilməsi, ölkədəki mövcud əmək potensialından istifadə etməklə qeyri-neft sektorunun iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi üçün əhəmiyyəti ilə seçilməkdədir. Artıq bunun nəticəsidir ki, ölkəmizin ümumi inkişafına təkan verən aparıcı iqtisadi bölmə olan qeyri-neft sektorunda hər ay artım tempi nəzərə çarpır. Qeyri-neft sektoru üzrə artımı sürətləndirmək üçün həm dövlətin, həm də özəl bank strukturlarının maliyyə axınları intensiv xarakter alıb. Bütün bu hədəflər hər bir rayonun inkişafını sürətləndirməklə bərabər, insanların daha da yaxşı yaşamasını təmin edəcək, onların sosial rifah səviyyəsinin qat-qat yüksəlməsinə zəmin yaradacaq. Eyni zamanda, bu siyasət, ümumilikdə respublikamızda məşğulluğun artırılması fonunda yoxsulluğun ən aşağı həddə endirilməsinə imkan yaradacaq.
Azərbaycanın inkişafı ölkəmizin dünyada mövqeyinin daha da möhkəmlənməsi fonunda xarici tərəfdaşları ilə strateji müttəfiqlik əlaqələrinin güclənməsinə səbəb olacaq. Xarici siyasətdə olduqca aydın və proqnozlaşdırılan addımlar atan hökumət bütün ölkələrlə səmərəli ikitərəfli münasibətlərin tərəfdarı olduğunu bəyan edib. Bu tendensiya qarşılıqlı maraqlar, ortaq dəyərlər, qarşılıqlı hörmət, daxili işlərə müdaxilə etməmək prinsipinə əsaslanan və tərəfdaşlıq ruhunda olan münasibətlər fonunda müşahidə olunmaqdadır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xarici siyasətimiz müstəqildir. Bu siyasətə heç bir xarici amil təsir göstərmir. O, iqtisadi potensiala və müstəqilliyə əsaslanır.
Azərbaycan hazırda çoxşaxəli enerji siyasəti yürütməklə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurumla yanaşı, Avropanın siyasi və iqtisadi təhlükəsizliyinin təminatçısı ola biləcək kəmərləri - Odessa-Brodı-Qdansk-Plotı və NABUCCO marşrutlarının gerçəkləşməsində qətiyyəti ilə diqqəti cəlb edir. Xəzər -Qara -Baltik dənizi enerji dəhlizinin yaradılması respublikamızın enerji təhlükəsizliyində mövqeyini möhkəmləndirmək və iqtisadi dividentlər gətirməklə bərabər, regionda siyasi üstünlüyünü artırmış olur. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan digər neft və qaz ixrac edən dövlətlərdən fərqli olaraq heç vaxt bu ehtiyatlar vasitəsilə kiməsə siyasi təzyiq üsulu kimi istifadə etməyib və bu niyyətdə deyil. ölkəmiz tərəfdaşlıq etdiyi ölkələrlə qarşılıqlı hörmət və bərabər əməkdaşlıq prinsipləri üzrə əlaqələrə üstünlük verir. Dövlət başçısının dediyi kimi: “Bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı artır. Dünyada və bölgədə bizim qazımıza tələbat artır və biz müxtəlif ölkələrlə bu münasibətləri sadəcə olaraq qarşılıqlı maraqlar əsasında həll etməliyik. Bir daha demək istəyirəm ki, enerji siyasətimiz bundan sonra da Azərbaycanın milli maraqlarına, iqtisadi və siyasi maraqlarına xidmət edəcəkdir. Biz bu gün iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Biz müstəqil siyasi xətt aparırıq - istər daxili, istər xarici siyasətdə, istər enerji diplomatiyasında - bütün istiqamətlərdə. Azərbaycan bəlkə də nadir ölkələrdən biridir ki, bizim xarici siyasətimiz tam şəkildə müstəqildir”.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Analitik
29 Oktyabr 09:13
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31

