/ / Prezident İlham Əliyev İordaniyanın informasiya və kommunikasiya üzrə dövlət nazirini qəbul edib
Prezident İlham Əliyev İordaniyanın informasiya və kommunikasiya üzrə dövlət nazirini qəbul edib
05.04.2018 [10:27]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də İordaniya Haşimilər Krallığının informasiya və kommunikasiya üzrə dövlət naziri Mohammad əl-Momanini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Mohammad əl-Momani İordaniya Kralı II Abdullah ibn Al Hüseynin Prezident İlham Əliyevə və Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırıb. Qonaq qeyd edib ki, ölkəsi Prezident İlham Əliyevin liderliyinə, Azərbaycana və Azərbaycan xalqına dərin rəğbət hissi ilə yanaşır. İordaniyada ölkəmizin əldə etdiyi uğurların maraqla izlənildiyini deyən Mohammad əl-Momani Azərbaycanın mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən bir nümunə ölkə olduğunu bildirib.
İordaniya Kralı ilə Azərbaycan Prezidenti arasında olan şəxsi dostluq əlaqələrinin ikitərəfli münasibətlərimizdə böyük rolunu qeyd edən Mohammad əl-Momani İordaniya Kralı tərəfindən Azərbaycanla həm siyasi, həm də iqtisadi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı göstərişlər verildiyini deyib. Azərbaycanın Qoşulmama Hərəkatı nazirlər konfransına ev sahibliyini yüksək qiymətləndirən İordaniya Haşimilər Krallığının informasiya və kommunikasiya üzrə dövlət naziri Mohammad əl-Momani bu tədbirə dəvətə görə minnətdarlığını ifadə edib.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev İordaniya Kralı II Abdullah ibn Al Hüseynlə şəxsi dostluq əlaqələrinin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyini vurğulayıb. İordaniyanın Azərbaycana dost ölkə olduğunu bildirən dövlətimizin başçısı ölkələrimiz arasında siyasi sahədə yaxşı münasibətlərin olduğunu qeyd edib, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması və investisiya imkanlarından istifadə edilməsinin vacibliyini vurğulayıb. Azərbaycanın mühüm beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrildiyini məmnunluqla qeyd edən Prezident İlham Əliyev Qoşulmama Hərəkatı nazirlər konfransının əhəmiyyətinə toxunub və Azərbaycanın Qoşulmama Hərəkatı qarşıdan gələn sədrliyi illərində ölkələrimizi maraqlandıran məsələlərlə bağlı uğurlu əməkdaşlıq həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Prezident İlham Əliyev İordaniya Kralı II Abdullah ibn Al Hüseynin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını İordaniya Kralına çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxSosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25

