Azərbaycan Prezidenti İlham Əliyev Kanadada "İlin adamı" seçilib
15.10.2009 [09:41]
Azərbaycan dövlətinin başçısı bu ada Yer üzündə ümumi sülhün bərqərar olması işinə böyük töhfə verən XXI əsrin görkəmli siyasi xadimi kimi layiq görülüb. AzərTAc-a bu məlumatı Şimali Amerikanın bu ölkəsində “Sivilizasiyaların dünya irsi” devizi altında fəaliyyət göstərən Beynəlxalq Heydər Əliyev Mərkəzinin mətbuat xidmətinin rəhbəri Malik Abbas göndərib.
Forum iştirakçılarının Prezident İlham Əliyevə ünvanlanmış müraciətində Onun çoxmilyonlu türk dünyasında şəksiz lider olması, bütün planetdə sülhü bərqərar etmək, Cənubi Qafqaz regionunda və onun hüdudlarından kənarda siyasi vəziyyəti sabitləşdirmək səyləri vurğulanır.
Müraciətdə deyilir: “Siz Azərbaycanın qarşısında duran ən ümdə problemləri həll etmək, müasir dövrün aktual geosiyasi məsələləri müzakirə edilərkən müsbət nəticələr əldə edilməsinə kömək göstərmək, siyasi, iqtisadi və mədəni baxımdan optimal həll variantlarını operativ tapmaq bacarığınız sayəsində zəmanəmizin görkəmli dövlət və siyasi xadimləri sırasına çıxmısınız...”
Kanada forumunun iştirakçıları Azərbaycan Respublikasının rəhbərinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gözəl ənənələrinin geniş yayılmasına yönəlmiş səmərəli fəaliyyətini vurğulayaraq xüsusi qeyd ediblər ki, məhz bu fəaliyyət sayəsində Azərbaycan, onun paytaxtı - İslam dünyasının mədəniyyət paytaxtı seçilmiş Bakı Şərqdə Qərb mədəniyyətinin çiçəklənən bölgəsi, Qərbdə isə qədim Şərq sivilizasiyasına xas olan ən yüksək mənəvi və mədəni dəyərlərin mərkəzi hesab edilir.
Müraciətdə daha sonra deyilir: “Dünyada Sizi tarixi “İpək Yolu” qlobal layihəsinin əsas memarlarından və ideya-siyasi baxımdan bu layihəni həyata keçirənlərdən biri hesab edirlər. Bu layihənin nəcib ideyaları Yer üzündə tərəqqi və sülh naminə sivilizasiyaların hərtərəfli inteqrasiyasına, mədəni sintezə, mənəvi cəhətdən qarşılıqlı zənginləşməyə, qarşılıqlı iqtisadi əlaqələrə xidmət edir...”
Kanadanın türkdilli diasporlarının forumunda çıxış edən nümayəndələr Azərbaycan Prezidentinin mükəmməl savada, nadir erudisiyaya malik olmasını da qeyd edərək vurğulayıblar ki, bu keyfiyyətlər Onun ən müxtəlif beynəlxalq tribunalardan ən müxtəlif auditoriya qarşısında nitq söyləməsinə, ölkəmiz üçün mühüm mədəni və iqtisadi layihələrə diqqəti cəlb etməsinə, hamıda həmin layihələrə maraq hissi oyatmasına kömək edir. Kanadadakı türkdilli diasporların forumunun iştirakçıları bütün bunları rəhbər tutaraq, Azərbaycan Prezidenti İlham Əliyevi yekdilliklə “İlin adamı” seçiblər.
Xəbər lenti
Hamısına baxSosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01

