Prezident İlham Əliyev Xalq rəssamı Tahir Salahova 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib
06.12.2018 [09:56]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahova 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Tahir Salahovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunduğunu, onun hələ əvvəlki dövrlərdə Sosialist Əməyi Qəhrəmanının “Qızıl Ulduzu”na da layiq görüldüyünü vurğulayıb. Dövlətimizin başçısı 1-ci dərəcəli “Əmək” ordeninin müxtəlif sahələrdə görkəmli xidmətlərə görə verildiyini bildirib. Tahir Salahovun müasir təsviri incəsənətin inkişafındakı rolunun bütün ictimaiyyət, xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini deyən Prezident İlham Əliyev 1998-ci ildə Ulu öndər Heydər Əliyevin Tahir Salahovu “İstiqlal” ordeni ilə təltif etdiyini vurğulayıb. Dövlətimizin başçısı 2008-ci ildə ona Azərbaycanın ən yüksək ordeni olan “Heydər Əliyev” ordenini və 2015-ci ildə isə Heydər Əliyev Mükafatını təqdim etdiyini vurğulayıb. Bu gün isə dünya şöhrətli rəssama “Əmək” ordeninin təqdim olunduğunu deyən Prezident İlham Əliyev özünün təşəbbüsü ilə yaradılan və üç dərəcəsi olan bu ordenin nisbətən yeni orden olduğunu və müxtəlif sahələrdə fəaliyyət göstərən görkəmli şəxslərə verildiyini bildirib, Tahir Salahovun isə birbaşa 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunduğunu vurğulayıb. “Siz bizim fəxrimizsiniz, Azərbaycan xalqının görkəmli oğlusunuz, siz həmişə öz sənətinizlə Vətənə sədaqətlə xidmət etmisiniz, Azərbaycanı, xalqımızın istedadını, bizim incəsənətimizi təbliğ etmisiniz, bizi bütün dünyada təmsil edirdiniz və edirsiniz”,- deyən Prezident İlham Əliyev Tahir Salahovun Ulu öndər Heydər Əliyevlə şəxsi münasibəti və dostluğunun olduğunu bildirərək bu səmimi və çox möhkəm dostluğun hələ Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbərlik etməzdən xeyli əvvəl başladığını vurğulayıb. Dövlətimizin başçısı Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verəndən sonrakı ağır illərdə, səhhətində problemlər yarandığı vaxtlar məhz Tahir Salahovun Onun yanında olduğunu deyərək onların Moskvadakı söhbətlərini, görüşlərini xatırlayıb, bütün bunların Heydər Əliyev üçün böyük mənəvi dəstək olduğunu bildirib. Prezident İlham Əliyev deyib ki, həmin zamanlarda vaxtilə Heydər Əliyevin kömək etdiyi, irəliyə çəkdiyi çoxları kənara çəkilmişdilər, ən yaxşı halda isə susurdular, bəziləri isə Onun əksinə çıxış edirdilər. Hər şeyə, dünya şöhrətinə özü nail olan Tahir Salahov isə Ulu öndərin yanında idi. Dövlətimizin başçısı bunun çox qiymətli olduğunu və heç vaxt unudulmayacağını vurğulayıb. Prezident İlham Əliyev illər keçdikdən sonra ona yenidən yüksək mükafatı təqdim etməkdən şad olduğunu bildirib.
Sonra dövlətimizin başçısı İlham Əliyev 1-ci dərəcəli “Əmək” ordenini Tahir Salahova təqdim edərək təbriklərini çatdırıb.
Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahov yüksək mükafata görə təşəkkürünü bildirib. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin hər zaman öz işini sevən, qeyri-adi, istedadlı bir şəxsiyyət olduğunu deyən Tahir Salahov həyat yolunda Onunla dostluq münasibətlərindən böyük xoşbəxtlik duyduğunu söyləyib. “Bizi incəsənət birləşdirmişdi”, - deyən Tahir Salahov Ulu öndər Heydər Əliyevin hər zaman incəsənətə və sənət adamlarına xüsusi qayğı ilə yanaşdığını bildirib, Onun bu sahə ilə bağlı çıxışlarının bütün incəsənət xadimlərində xoş təəssürat yaratdığını vurğulayaraq qeyd edib: “Ulu öndərin həssaslığı, mərdliyi məni heyrətləndirirdi. Belə bir şəxsiyyətlə işləmək, görüşmək mənim üçün böyük xoşbəxtlik idi”. Tahir Salahov Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinə və incəsənətinə həmişə böyük qayğı və diqqət göstərdiyini vurğulayıb və onun sənətinə verdiyi yüksək qiymətə və mükafata görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25

