Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada tikinti işlərinin gedişi ilə tanış olub

02.12.2009 [10:05]

Dünən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada tikinti işlərinin gedişi ilə tanış olublar.
Dənizkənarı Milli Parkın ərazisində inşa edilən yeni binanın təməli ötən ilin mayında qoyulub. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və YUNESKO-nun birgə layihəsi əsasında inşa olunan muzey binası ilk növbədə milli memarlıq ənənələrinə görə fərqlənəcək.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib ki, çox qeyri-adi bir forma - “bükülmüş xalça” muzeyin memarlıq quruluşunun əsasında dayanmaqla binanın orijinallığını təşkil edəcək. Muzey inşa edilərkən məhz bu tikili üçün hazırlanan xüsusi avadanlıqdan istifadə olunur. Binanın ətrafında yaşıllaşdırma işləri aparılacaq, muzey kompleksi yaradılacaq. Dövlətimizin başçısı burada “Venesiya şəhərciyi” adlanan ərazinin abadlaşdırılmasının vacibliyini bildirib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin maketi ilə tanış olublar, binanın layihəsinə baxıblar.
Binanın birinci mərtəbəsində qədim xalça və digər əşyaların yaşını müəyyən etmək üçün laboratoriya, xalçaların bərpası otaqları, ikinci mərtəbədə mərasimlər və audiovizual təqdimatlar salonu, xalça toxunan otaq, üçüncü mərtəbədə isə açıq və bağlı sərgi salonları olacaq. Eksponatların saxlanması üçün xüsusi yerlər, mərkəzi anbar da fəaliyyət göstərəcək. Muzeydə 200 nəfər çalışacaq.
Prezident İlham Əliyevə və xanımına binanın fasadının qurulmasında istifadə olunacaq materiallar göstərilib.
Muzey istifadəyə verildikdən sonra Bakının memarlıq ansamblına xüsusi gözəllik bəxş edəcək.
AzərTAc

Paylaş:
Baxılıb: 1124 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Sosial

100 dollarlıq "akademik"…

30 Oktyabr 00:16  

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31