/ / Prezident İlham Əliyev Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
28.02.2020 [09:15]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Baronessa Emma Nikolson bu il futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunlarında iştirak edəcək Uels milli komandası tərəfindən göndərilən xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim edib.
Prezident İlham Əliyev deyib: “Çox maraqlı xatirə hədiyyələrinizə görə sizə təşəkkür edirəm. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində mütəmadi keçirilən nazirlərin toplantısında bizimlə birlikdə olduğunuza görə təşəkkür edirəm. Sizin şəxsən iştirakınız çox mühümdür. Bu, Böyük Britaniya hökumətinin bu mühüm layihənin icrasına davamlı dəstəyini nümayiş etdirir. Bu, həmçinin ölkələrimiz arasındakı uzunmüddətli tərəfdaşlığı nümayiş etdirir. Bildirmək istərdim ki, ötən görüşümüzdən bəri layihənin gedişatı ilə bağlı mühüm irəliləyiş qeydə alınıb. Biz TANAP-ı Türkiyə-Yunanıstan sərhədinə çatdırdıq. Bu, Cənub Qaz Dəhlizinin icrasında mühüm mərhələ idi. Düşünürəm və ümidvaram ki, növbəti dəfə - gələn ilin fevralında Bakıda görüşəndə biz layihənin tamamlanması barədə məlumat verəcəyik və gələcək addımlarımızı planlaşdıracağıq. Çünki zənnimcə, tikintinin yekunlaşması, əlbəttə ki, mühüm mərhələ olmaqla yanaşı, eyni zamanda, yeni imkanlar açacaq.
Mən, həmçinin sizin şəxsən verdiyiniz töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm. Həmçinin şadam ki, neft-qaz sektorunda böyük şirkətlərin bir qismi indi kiçik və orta sahibkarlıq müəssisələri ilə çox mühüm əməkdaşlıq mərhələsinə qədəm qoyur. Bu da bizim hökumətimiz üçün prioritet təşkil edir. Çünki biz Azərbaycan üçün dayanıqlı inkişafı təmin etmək istəyirik və bizim iqtisadiyyatımızın gələcəyi əhəmiyyətli dərəcədə sahibkarlıqdan, kiçik və orta sahibkarlıq müəssisələrinin fəaliyyətindən və islahatların davam etdirilməsindən asılı olacaq. Ona görə də neft-qaz sektoru yalnız bizim islahatlarımızı lazımi vəsaitlə dəstəkləyən sektor olacaq və biz bu vəsaiti insan kapitalına yönəltməyə, həmçinin özəl sektoru dəstəkləməyə davam edəcəyik. Bir daha xoş gəlmisiniz”.
Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Bakıda keçiriləcək nazirlərin altıncı toplantısının əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi bildirilib və bu istiqamətdə əlaqələrimizin inkişafında BP-nin rolu xüsusi vurğulanıb, əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı Azərbaycanda aparılan islahatların iki ölkə arasında əməkdaşlıq üçün yeni imkanlar yaratdığı bildirilib.
Görüşdə kiçik və orta sahibkarlığın inkişafı, alternativ enerji, innovasiyalar, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

