Xalq-Dövlət, Dövlət-Xalq günü - bu günün 17 noyabrı
17.11.2021 [10:03]
1988-ci ilin noyabrında Azərbaycan illərlə yatan, sonra oyanıb bu illərin hər anında içinə yığılan ağrısını-acısını alov kimi püskürməyə başlayan vulkana bənzəyirdi. Ədalətlə ədalətsizliyin iç-içə və həm də qarşı-qarşıya dayandığı həmin zaman kəsiyində bu vulkana bənzəyən Od ölkəsi öz yumruğunu düyünlədi, səsini qaldırdı, kimliyimizi bütün dünyaya bəyan etməkdən çəkinmədi. Bu, MİLLİ DİRÇƏLİŞ idi! 1988-ci ilin 17 noyabrında Azərbaycan xalqı bir nəfər kimi Azadlıq meydanına toplaşmışdı. Hamı Qarabağda baş verən erməni xəyanətinə, erməni təxribatına, onların müharibə üçün zəmin yaratmaq cəhdlərinə o vaxtkı Sovet rəhbərliyinin açıq-aşkar ermənipərəst mövqeyi sərgiləməsinə qarşı haqq çağırışına çıxmışdı. Bu, Azərbaycanın ilk ən böyük etiraz mitinqi idi və həmin dövr üçün miqyası ölçüyəgəlməz dərəcədə böyük cəsarət tələb edirdi. Bizdən çox-çox sonralar, 1989-cu il bütün dünyada İnqilablar ili kimi tarixin yaddaşında öz yerini tutacaqdı. İndi dönüb arxaya baxdığımız zaman həmin inqilabların fonunda və ən əsası da, başında özümüzü görməyə bilmirik. Özümüzü, yəni Azərbaycanı.
İndi o zamandan nə az, nə çox, düz 33 il keçir.
Bu 33 il ərzində xalqımız nələr yaşadı, ölkəmiz hansı sınaqlardan keçdi...hamısını hamımız bilirik.
Bildiyimiz üçün də bu gün həmin o ilk Milli Dirçəliş günümüzü qürurla, fəxarətlə yada salırıq.
Və düz 33 il əvvəlki gündə, 17 noyabr 1988-ci il mitinqində sadalanan tələblərin hər bir bəndinin qarşısında başımız dik, alnımız açıq, üzümüz ağ şəkildə bu günümüzün reallıqlarını qeyd edirik:
1. Bu gün Topxanada Azərbaycan xalqı özünün böyük oğlu, Ali Baş Komandanı, Prezident İlham Əliyevlə, ölkənin birinci xamımı, Birinci vitse-prezident Mehriban Əliyeva ilə bilrikdə yeni pöhrə ağaclar əkir. O pöhrələr yeni, gözəl Azərbaycan tarixinin bahar çağının müjdəsidir.
2. Erməni terrorunun darmadağın etdiyi, sözün həqiqi mənasında daşını daş üstündə qoymadığı, “Qafqazın Xirosiması” adını almış Ağdamda bu gün abadlıq, quruculuq işləri gedir, “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələri gerçəkləşdirilir. Ağdamlılar öz doğma yurdlarına yaşamaq üçün dönəcəkləri günü sevinclə, həyəcanla gözləyirlər.
3. “Status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs bu məsələni unutmalıdır”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev deyir. Və bu sözlər işğaldan azad edilən Qarabağın bugünkü reallığıdır!
4. 17 noyabr 1988-ci il mitinqinin 4-cü və 5-ci bəndləri bugünkü Azərbaycan üçün o qədər qeyri-aktualdır ki, onların müqabilində sadəcə təbəssüm edə bilərik. Çünki artıq öz Milli Məclisimiz və Dövlət maraqlarımızı üstün tutan Millət vəkillərimiz var. Küçələrə isə ən sonuncu dəfə elə bir neçə gün bundan əvvəl çıxmışdıq - Böyük Zəfər günümüzü bayram etmək üçün!
Bəli, bu günün Azərbaycanı güclüdür, yenilməzdir, regionda və dünyada öz sözü, öz ayaqları üstündə dayanmağı bacaran müstəqil ölkədir. Çünki bu günün Azərbaycanı demək Xalq-Dövlət, Dövlət-Xalq birliyi deməkdir.
Milli Dirçəliş Günümüz mübarək!
Cavi Dan
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

