Dövlət ağlı və Sevinc Osmanqızının siyasi şüursuzluğu
29.03.2022 [15:09]
Rusiya-Ukrayna müharibəsi, bu səpkidə müşahidə olunan siyasi proseslər, diplomatik təmaslar müxtəlif səviyyələrdə müzakirə edilir. Analitiklər proseslər barəsində öz qənaətlərini ifadə edirlər, sadə vətəndaşlar sosial şəbəkələrdə fikir və məlumatlar paylaşırlar. Beləliklə, bu aktual məsələyə dair gün ərzində ayrı-ayrı informasiyalarla, fərqli yanaşma və düşüncələrlə tanış oluruq. Lakin kiçik bir qrup var ki, “kor tutduğunu buraxmaz” prinsipinə sadiq qalaraq yenə də öz ampluasında olduğunu göstərir.
Söhbət konkret olaraq Əli Kərimli, Gültəkin Hacıbəyli, Qənimət Zahid, Sevinc Osmanqızı və digər bu kimi onlayn siyasi teatr tamaşasının artistləri, yaxud virtual siyasi şoumenlərdən gedir. Onlar hər informasiyanı, istənilən xəbəri qərəzli şəkildə “şərh etməklə” Azərbaycan əleyhinə süni gündəm formalaşdırmağa çalışırlar. Özlərini “siyasətçi”, “müxalif qüvvə”, “tədqiqatçı-jurnalist” adlandıran belələri həm savadsızlıqlarını, həm də təxribatçı mövqelərini nümayiş etdirirlər.
Özünü “internet fenomeni” kimi görən və göstərməyə çalışan, xaricdən idarə olunan kanalda siyasi şoular təşkil edən Sevinc Osmanqızı 24 mart tarixində “Zelenski Azərbaycanın adını çəkmədi” sərlövhəsi arxasına gizlənərək absurd iddialar tirajlamışdı. “Ekspert” qismində danışdırdığı fiqurlar isə kimlər olsa, yaxşıdır? Davamlı olaraq dezinformasiya yaymaqla Azərbaycan və Türkiyə arasında nifaq toxumu səpməyə yönəlmiş çirkin təbliğat aparan həbəş dili üzrə “mütəxəssis”, AP-də erməninin dili ilə danışaraq Azərbaycana 2 milyard avronun ayrılmasından narahatlığını, məyusluğunu ifadə edən uğursuz eks-diplomat... Bəli, yanılmadınız, Arif Məmmədov. Digər isə özünü müxalif düşərgənin “siyasi afroditası” və ya “siyasi primadonnası” kimi görən, indiyə qədər bir dəfə də Ermənistanın təcavüzkar siyasətindən, təxribatlar törətməsindən danışmayan, bütün “bəlağətli nitq”lərini Azərbaycan əleyhinə söyləyən Gültəkin Hacıbəyli... Maraqlı məqam budur ki, hər iki “ekspert” nədənsə Rusiya-Ukrayna qarşıdurması fonunda - regional gərginliyin pik həddə çatdığı dönəmdə Azərbaycanla təmaslardan və Bakının fəal rolundan bəhs etmirlər. Yaxud onlar müxtəlif ölkələrin rəhbərlərinin Prezident İlham Əliyev ilə bu məsələlər ətrafında müzakirələr aparmasına toxunmurlar. Məsələnin digər tərəfi odur ki, istər Osmanqızının, istərsə də Məmmədov-Hacıbəyli “ekspert cütlüyü”nün Zelenskinin bundan öncə Azərbaycan Prezidentinə, xalqımıza və dövlətimizə təşəkkür etməsindən belə “xəbərləri yox imiş”. Martın 28-də isə Ukrayna Prezidentinin İlham Əliyevə humanitar yardıma görə təşəkkür etməsindən sonra Osmanqızı və “saz arkadaşları” yeni “mövzu” tapıblar – “Zelenski ilə enerji məsələlərinin müzakirə edilməsinin gizlədildiyi” iddiası irəli sürülür. Söhbət Ukrayna dövlət başçısının Azərbaycan Prezidentinə əkin üçün yanacaq verməyə hazır olduğuna görə təşəkkür etməsindən gedir. “Analitik təfəkkür”ə malik bu şəxslər necə olursa, birdən-birə əkin üçün yanacaq verilməsi mövzusunu Moskvanın enerji amilindən silah kimi istifadəsi, Avropanın Rusiyadan enerji asılığını azaltmaq və ya minimuma endirmək üçün razılığa gəlinməsi kimi məsələlərlə əlaqələndirməyə çalışırlar. Qeyd edirlər ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi ilə əlaqədar əldə olunan razılığı publik surətdə bildirmir. Bu “fikir”lər iki hala dəlalət edir: savadsızlıq və qərəzlilik!
Əvvəla, Azərbaycanın Avropa ilə enerji təhlükəsizliyi barədə əməkdaşlığına dair mütəmadi olaraq məlumatlar verilir – hər iki tərəfdən. Osmanqızı və “siyasi yoldaş”larının bundan “xəbərsiz” olmalarından asılı olmayaraq. İkincisi, telefon danışığı barədə rəsmi informasiyaları gəlincə... diplomatiyada etiketlər olduğu kimi, strateji yanaşmalar və qaydalar da var. Bunlardan biri informasiya siyasətidir. Hər ölkə regional və qlobal situasiyada öz yerinə, roluna, mövqeyinə və hədəflərinə uyğun informasiya siyasəti müəyyənləşdirir, lüzum bildiyi məlumatı ictimaiyyətə çatdırır. Danışıqların predmeti olan hər məsələ barədə informasiya verilmir. Buna politologiyada “dövlət ağlı” deyirlər (siyasi şüursuzluq sindromundan əziyyət çəkənlər dövlət ağlını anlamırlar). Okeanın o tayından “siyasi moizə”lər söyləyən Sevinc Osmanqızı, ən azından, məskən saldığı ölkənin diplomatik təmaslarla əlaqədar rəsmi məlumatlarına nəzər yetirsə, bu reallığı anlayar. Digər tərəfdən, beynəlxalq təcrübə göstərir ki, bir təmas – görüş, telefon danışığı və s. haqqında tərəflər məhz eyni cümlələrdən ibarət məlumat vermirlər, ictimaiyyətə açıqlamada ayrı-ayrı, müxtəlif məqamlar ola bilər. Bunu bilmək üçün isə diplomat, politoloq, beynəlxalq münasibətlər üzrə ekspert olmağa ehtiyac yoxdur...
Bütün bunlar virtual məkanda “ustad dərsi” keçməyə çalışan Osmanqızının və onlayn yan-yörəsindəkilərin “siyasət” sözünün “s”indən xəbərlərinin olmadığını göstərir. Bu, eyni zamanda, həmin şəxslərin siyasi şüursuzluqlarını - “əqidədaş”ları Əli Kərimli ilə eyni ictimai-siyasi “dünyagörüşü”nə malik olduqlarını nümayiş etdirir. Hər halda, görünən dağa bələdçi lazım deyil!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

