İlham Əliyevin vətəndaş məmnunluğu siyasəti...
31.03.2022 [09:53]
Dövlətçiliyin ictimai dayaqlarını möhkəmləndirir
Nurlan QƏLƏNDƏRLİ
İlham Əliyev müasir dünyagörüşünə malik olan islahatçı, yenilikçi və təşəbbüskar liderdir. O, mütəmadi olaraq Azərbaycanda idarəetmə mexanizminin, ictimai həmrəyliyin güclənməsi, insana, vətəndaşa və xalqa xidmətin yeni çağırışlar - müasir trendlər əsasında təkmilləşməsi, cəmiyyətin intibahı üçün çox mühüm təşəbbüslər irəli sürür, yeni standartlar müəyyənləşdirir. Məram isə aydındır: insanların rahatlığının təmin olunması. Bu isə vətəndaş məmnunluğunun yüksəldilməsi deməkdir.
Azərbaycan Prezidentinin güclü dövlət konsepsiyasının əsas prinsiplərindən biri siyasi təkamüldür. Siyasi təkamülə nail olmaq üçün isə yenilənən islahat kursu ilə yeniləşmək, ictimai münasibətlərdə keyfiyyət dəyişikliklərinə nail olmaq, idarəetmə standartlarını yüksəltmək və digər innovativ metodlardan istifadə etmək lazımdır.
İslahat - reforma təkcə formanı deyil, həm də mahiyyəti dəyişməklə, keyfiyyətcə yeni dəyişikliklərə nail olmaqla təkamülü, tərəqqini təmin etmək vasitəsidir. Prezident İlham Əliyevin islahatlar kursu da bu reallığı ifadə edir. İslahatların önəmli bir hissəsi ictimai xidmətlər sektorunu, şəffaflığın artırılmasını, İKT texnologiyalarının tətbiqi sahələrinin genişləndirilməsini, vətəndaş-məmur təmaslarının minimuma endirilməsini və bu kimi digər mühüm istiqamətləri əhatə edir. Paralel olaraq müxtəlif mərkəzlərin istifadəyə verilməsi ictimai nəzarətin mühüm mexanizmlərindən biri olan vətəndaş müraciətlərinə daha operativ baxılmasına şərait yaradır. Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılması da bu baxımdan xüsusi qeyd edilməlidir. Vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə daha yüksək pilləyə qaldırılması, vətəndaşların qəbulunda şəffaflığın artırılması məqsədilə yaradılan Mərkəzdə bu işin təşkili üçün hər cür şərait var.
“ASAN xidmət” mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi də vətəndaş məmnunluğunun yüksəldilməsi üçün önəmli və faydalıdır. Bu təsisat dövlət orqanları tərəfindən əhaliyə bütün xidmətlərin vahid məkandan, daha keyfiyyətli, rahat həyata keçirilməsi məqsədi ilə yaradılıb. Amma bu qurumun missiyası funksiyasından daha genişdir. Çünki “ASAN xidmət” təkcə vətəndaşa hüquqi prosedurlar vasitəsilə xidmət göstərilməsi funksiyası ilə çıxış etmir. Təsisatın fəaliyyətinin sosial-mənəvi məzmunu - mahiyyəti ictimai münasibətlərdə tamamilə yeni fəlsəfənin tətbiq edilməsidir. İctimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verib. Mərkəzlər yaradılanda əsas niyyət insanlar üçün asan, rahat və şəffaf xidmət təşkil etmək olub. Görünən odur ki, sosial inqilab və ictimai intibah xarakteri daşıyan bu təşəbbüs real nəticəsini verib və hədəfə çatmaq mümkün olub. Vətəndaşların xidmətdən razı qalmaq dərəcəsi 99 faizdən çoxdur. Bu, olduqca yüksək göstərici - ideal səviyyədir, yaxud idealın reallığa çevrilməsidir.
Reallıq isə budur ki, İlham Əliyevin siyasəti vətəndaş məmnunluğunun artması ilə müşayiət olunur. Bu, dövlət başçısının “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” tezisinin əyani-əməli ifadəsidir. Vətəndaş fərdi, cəmiyyət isə ictimai anlam daşıyır. Dolayısıyla, siyasətin mərkəzində dayanan vətəndaşın rifahının yüksəldilməsi, mənafeyinin təmin olunması milli dövlətçilik məsələsidir. Bu, bürokratik maneələri və stereotipləri də istisna edir, dövlət-vətəndaş ahəngdarlığını yaradır, dövlətçiliyin ictimai dayaqlarını möhkəmləndirir. Nəticə isə vətəndaş məmnunluğudur!
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

