Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Xorvatiya Ali Məhkəməsinin sədri Branko Hrvatinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Xorvatiya Ali Məhkəməsinin sədri Branko Hrvatinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

01.03.2011 [08:43]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Xorvatiya Ali Məhkəməsinin sədri Branko Hrvatinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirib. özünün Xorvatiyaya, Xorvatiyanın keçmiş Prezidenti Stepan Mesiçin ölkəmizə səfərini xatırladan dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın Xorvatiya ilə müxtəlif sahələrdə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu deyib. Dövlətimizin başçısı İlham Əliyev Xorvatiya Ali Məhkəməsinin sədri Branko Hrvatinin ölkəmizə səfərinin əlaqələrimizin inkişafı baxımından önəmli olacağına əminliyini bildirib. ölkəmizə səfərindən məmnunluğunu bildirən qonaq hakimiyyətin mühüm qolu olan məhkəmə hakimiyyətləri arasında əlaqələr yaratmağın əhəmiyyətli olduğunu deyib. Xorvatiya Ali Məhkəməsinin sədri azərbaycanlı həmkarları ilə yaxşı əməkdaşlıq əlaqələri yarada biləcəklərinə və davam etdirəcəklərinə əminliyini ifadə edib.

Paylaş:
Baxılıb: 1006 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31