İnkişafımıza və hüquqlarımıza təminatlar verən Əsas Qanun
12.11.2022 [10:00]
12 noyabr Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur. Müstəqil Azərbaycanın Konstitusiyası (Əsas Qanunu) 27 il bundan əvvəl - 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunub. Referendumda seçicilərin 86 faizi iştirak edib və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verib. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə minib.
Ulu Öndərin rəhbərliyi ilə hazırlanan mükəmməl Konstitusiya
1995-ci ildə qəbul olunmuş Əsas Qanun müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikamızın tarixində dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin Əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycanda Konstitusiya quruluşunun tarixi keçmiş SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, keçmiş SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunub. 1978-ci il aprelin 21-də qəbul edilmiş növbəti Əsas Qanun da əvvəlki konstitusiyalar kimi, keçmiş ittifaq Konstitusiyasına uyğunlaşdırılmışdı.
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu Öndər 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi hakimiyyətinə qayıtdı və verdiyi müdrik qərarlarla qısa müddətdə respublikamızda sabitliyi bərqərar etdi, ölkənin potensialını inkişafa istiqamətləndirdi. Uzun illərin dövlət idarəçiliyi təcrübəsinə malik olan Heydər Əliyev yaxşı başa düşürdü ki, keçmiş sovet respublikasının Əsas Qanunu ilə müstəqil Azərbaycanın yeni reallıqlarını uzlaşdırmaq və inkişafı təmin etmək əsla mümkün deyil. Beləliklə, Onun təşəbbüsü ilə müstəqil respublikamızın ilk Konstitusiyasının layihəsinin hazırlanmasına başlanıldı. 1995-ci ilin may ayında yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibi Milli Məclis tərəfindən təsdiqləndi.
Ümummilli liderimiz Heydər Əliyevin rəhbərlik etdiyi komissiya Konstitusiya layihəsinin hazırlandığı dövrdə bir neçə dəfə açıq müzakirələr keçirib. Müzakirələrdə Ulu Öndər müddəaların hər birinə şəxsən diqqət yetirib, mövqeyini bildirib və təkliflərini verib. Nəticədə, mükəmməl bir qanun layihəsi ərsəyə gəlib.
Demokratik cəmiyyət quruculuğu əsas hədəflərdən biri kimi
Dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmaqla hazırlanan Azərbaycan Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. Sənəd ölkəmizin hərtərəfli inkişafı üçün geniş hüquqi əsaslar yaradır. Burada demokratik cəmiyyət quruculuğu əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Belə ki, Konstitusiyada ölkəmizdə demokratikləşmə prosesinin əhatə dairəsinin genişlənməsini, vətəndaş cəmiyyətinin fəallığının artırılmasını, vətəndaşların hüquq və azadlıqlarının qorunmasını, fikir plüralizminin, siyasi fəaliyyət azadlığının təmin olunmasını özündə ehtiva edən çoxsaylı müddəalar yer alıb. Əsas Qanunumuza uyğun olaraq bu gün respublikamızda siyasi baxışlarından asılı olmayaraq bütün partiyaların, vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur. Eyni zamanda ölkəmizdə söz, mətbuat azadlığı yüksək səviyyədə təmin olunub.
Zamanın nəbzinə uyğun yenilənmə
Zamanın iti axarında qarşıya yeni çağırışlar çıxır. Ölkəmizdə də sonrakı mərhələdə yeni inkişaf səviyyəsinə uyğun olaraq bir neçə dəfə Konstitusiya islahatları həyata keçirilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Bu dəfə Konstitusiyanın 29 maddəsinə 41 əlavə və dəyişiklik olunub. Növbəti referendum ölkəmizdə idarəetmə mexanizminin təkmilləşdirilməsi istiqamətində atılan mühüm addım idi. Yeni Konstitusiya islahatlarına uyğun olaraq Azərbaycanda vitse-prezidentlik institutu formalaşdırıldı. Artıq tarixə dönən 2017-ci il referendum yolu ilə təsdiqlənən Konstitusiya islahatlarının reallaşdırılması istiqamətində mühüm il oldu. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib. Hazırda respublikamızda Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Birinci vitse-prezidentlik institutu funksional təsisat kimi uğurla fəaliyyət göstərir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

