/ / Prezident İlham Əliyev Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəsi, şair, yazıçı Oljas Süleymenovu qəbul edib
Prezident İlham Əliyev Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəsi, şair, yazıçı Oljas Süleymenovu qəbul edib
24.05.2011 [09:18]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəsi, şair, yazıçı Oljas Süleymenovu qəbul edib.
Dövlətimizin başçısı İlham Əliyev Oljas Süleymenovu anadan olmasının 75 illik yubileyi münasibətilə təbrik edib, ona yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb. Azərbaycanda Oljas Süleymenovun sevildiyini və onun yaradıcılığının ölkəmizdə yüksək qiymətləndirildiyini vurğulayan Prezident İlham Əliyev onun öz mövqeyini daim aydın və prinsipial şəkildə ifadə edərək qazax xalqının maraqlarını müdafiə etdiyini deyib. Dövlətimizin başçısı Azərbaycanın çox çətin vaxtlarında, xalqımızın 20 Yanvar faciəsi ilə üzləşdiyi bir zamanda Oljas Süleymenovun qətiyyətli mövqedə durmasının və Azərbaycanın yanında olmasının xalqımız tərəfindən heç vaxt unudulmayacağını deyib. Prezident İlham Əliyev Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəsi və ictimai xadim kimi Oljas Süleymenovun bu gün Azərbaycanın uğurlarına və ölkəmizin inkişafına ürəkdən sevinməsini yüksək qiymətləndirib. Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliğindəki xidmətlərinə görə dövlətimizin yüksək mükafatını - “Dostluq” ordenini Oljas Süleymenova təqdim edib.
Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəsi, şair, yazıçı, Oljas Süleymenov Azərbaycan dövlətinin yüksək ordeninə layiq görüldüyünə görə dövlətimizin başçısına minnətdarlığını bildirib və bu hadisəni onun Azərbaycana olan münasibətinin yüksək ifadəsi kimi dəyərləndirib. Azərbaycana səfərləri zamanı ölkəmizdə baş verən böyük inkişaf proseslərini, o cümlədən, mədəniyyətin inkişafı sahəsində əldə edilən sanballı uğurların onda sevinc hissi doğurduğunu bildirib. O, bu gün Azərbaycan xalqının uğurlar qazanaraq öz sevincini dünya ilə bölüşməsinin onda xoş duyğular yaratdığını deyib. Oljas Süleymenov Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkəmizə və xalqımıza bundan sonra da firavanlıq gətirəcəyinə əminliyini ifadə edib.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20

