Azərbaycanda yaxın 5 il ərzində yüksək iqtisadi artım müşahidə ediləcək
28.08.2011 [02:35]
Dünya iqtisadiyyatında, xüsusilə də, Avropa maliyyə bazarlarında baş verən resessiyaların dərinləşməsi və Avrozonada Yunanıstandan başlayan borc böhranının artıq ən inkişaf etmiş ölkələri - İtaliya və Almaniyanı da əhatə etməsi beynəlxalq iqtisadi qurumların proqnoz göstəricilərinin də dəyişməsinə səbəb olub. Avropanın əsas reytinq agentlikləri, o cümlədən nüfuzlu “Fitc Ratings” təşkilatı bir çox dövlətlərin reytinq göstəricilərini aşağı salmaqdadır. Beynəlxalq Valyuta Fondu (BVF) da Avropa və Mərkəzi-Şərqi Asiya bölgəsində iqtisadi perspektivlərlə bağlı proqnozlarında dəyişikliklər edib. Burada yaxın dövr üçün Avropanın iqtisadi inkişafının zəif indikatorlar üzrə gedəcəyi nəzərə çarpır. Eyni zamanda, BVF yaxın bir neçə il ərzində əsas iqtisadi artımın Avropadan Asiyaya keçəcəyini də ehtimal edir.
Valyuta Fondunun proqnozlarına görə, yaxın 5 il ərzində əsas iqtisadi artım çin iqtisadiyyatında müşahidə olunacaq. Bundan başqa, qardaş Türkiyədə iqtisadiyyatında da yüksək dinamikası hiss olunacaq. Qarşıdakı 5 il ərzində Türkiyə iqtisadiyyatının həcmi 1 trilyon 160 milyard dollara çatacaq və adambaşına düşən milli gəlir 15 min dollardan artıq olacaq. Türkiyənin yaxın qonşusu Yunanıstanda isə tənəzzül davam edəcək. BVF ekspertlərinin qənaətinə görə, dünyada neftin qiymət artımları fonunda əsas neft ixrac edən dövlətlərin iqtisadi inkişafı da sürətlənəcək. Neft tədarükçüsü olan ölkələrdə iqtisadi artımın yüksəlməsi valyuta rezervlərinin çoxalmasına və həmin dövlətlərin maliyyə imkanlarının yaxşılaşmasına səbəb olacaq. Fondun proqnozlarına görə, 2011-2015-ci ildə neft ölkələrində iqtisadi artım hər il təxminən 3-7 faiz artacaq.
BVF hesab edir ki, ən yaxşı makroiqtisadi göstəricilər, eyni zamanda, Azərbaycanda müşahidə ediləcək. Respublikamızda 2011-2015-ci illərdə ümumilikdə 33,1 faiz artımın olacağı proqnozlaşdırılır. Bu dövrdə ölkəmizin milli iqtisadiyyatının əsas bazası olan ümumi daxili məhsulun (üDM) həcmi 96 milyard dollara çatacaq. Neft resurslarının həcminin artması və dünya bazarında neft satışından daxil olan gəlirlərin yüksəlməsi Azərbaycanda iqtisadiyyatın bütün sahələrində pozitivliyin yüksəlməsinə və sosial infrastruktur, investisiya layihələrinin maliyyələşdirilməsinə əlavə vəsaitlərin yönəldilməsinə imkan verəcək. üDM-in artımı əhalinin bütün təbəqələrinin sosial durumuna təsir edəcək. Yaxın illərdə Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun həcmi 12-14 milyard dollar təşkil edəcək.
Valyuta Fondunun proqnozlarına görə, Azərbaycanda iqtisadi artım tempi sektorun bir çox bölmələrində fəallığı yüksəltmiş olacaq. üDM-in həcminin yüksəlməsinə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun iqtisadiyyatda xüsusi çəkisinin artması da təsir göstərəcək. Qeyri-neft sektoru üzrə üDM-də orta illik real artım tempi minimum 9-12 faiz civarında proqnozlaşdırılır. üDM-də özəl sektorun payı 2012-ci ildə 85 faiz, 2014-cü ildə isə 87 faiz təşkil edəcək. Bu müddətdə sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə sektorunun payı da milli məhsulda əhəmiyyətli dərəcədə artacaq.
İqtisadi artım tempi sosial bölmələrdə də davamlı layihələrin maliyyələşdirilməsinə, eyni zamanda, yeni sosial proqramların icrasına əhəmiyyətli dərəcədə zəmin yaradacaq. Orta aylıq əməkhaqqı hər il təxminən 20-25 faiz artacaq və 2014-cü ildə isə 551 manata bərabər olacaq. Bu illər ərzində əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının əhəmiyyətli dərəcədə azaldılması, sosial rifah halının yaxşılaşması da müşayiət ediləcək.
BVF-nin proqnozlarına görə, neftin indiki dünya bazar qiymətləri sonrakı illərdə ölkəmizin valyuta rezervlərinin möhkəmlənməsi üçün etibarlı zəmin yaranacaq. Bölgədə zəngin neft ölkələrindən olan Azərbaycanın valyuta ehtiyatları qarşıdakı 5 ildə əhəmiyyətli dərəcədə artacaq. Milli gəlirin dünya ölkələri üzrə bölgüsünə görə, Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yüksələcək. Azərbaycan yaxın beşillikdə yüksək gəlirli ölkələr qrupuna daxil olacaq və respublikamız regionun ən inkişaf dövlətinə çevriləcək.
Qarşıdakı illərdə ölkədə investisiyaların səmərəli idarə olunması prosesinin təkmilləşdirilməsi, əlverişli rəqabət mühitinin inkişaf etdirilməsi, sahibkarlığın inkişafının (xüsusilə regionlarda) dəstəklənməsi, istehsalın rəqabət qabiliyyətinin gücləndirilməsi və ölkənin ixrac potensialının artırılması üzrə tədbirlərin görülməsi, informasiya və kommunikasiya texnologiyalarından (İKT) istifadə imkanlarının genişləndirilməsi də əsas proritetlərdən olacaq. Azərbaycanın maliyyə qüdrətinin güclənməsi səmərəli sosial müdafiə sisteminin inkişaf etdirilməsinə, əhalinin sosial təbəqələrinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların yaşayış imkanlarının yaxşılaşmasına, minimum əməkhaqqının və əmək pensiyalarının baza hissəsinin mütəmadi olaraq artırılmasına imkan verəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19

