Bir sözü ilə xalq ayağa qalxdı!
04.10.2023 [10:20]
Sevginin, inamın, etimadın qələbəsi
1994-cü il oktyabrın 4-də Heydər Əliyevin xalqa müraciəti müstəqil dövlətçiliyimizin dönüş nöqtəsidir
Bu gün uğurları ilə göz oxşayan, beynəlxalq siyasi meydanlarda öz sözü, öz dəst-xətti olan Azərbycanımızın inkişaf tarixi enişli-yoxuşlu olub. Xüsusilə, ötən əsrin son onilliyində taleyüklü proseslərin ard-arda düzülməsi hələ təzə-təzə formalaşan kövrək dövlətçiliyi təhdid qarşısında qoyurdu. Sadəcə, Azərbaycanın bəxti bir məsələdə gətirmişdi - ölkənin rəhbərliyində siyasət dahisi, qanı və canı bahasına da olsa dövlətini qorumağı özünün borcu sayan Heydər Əliyev vardı...
1992-93-cü illərdə baş verən xaos və anarxiya, başıpozuqluq, naşı idarəçilik ölkədə qanunsuzluq mühiti formalaşdırmışdı - hər kəs başına topladığı qeyri-qanuni silahlı dəstələrlə “nə istəsə edə bilər” psixologiyasına qapılmışdı. Yenicə müstəqillik əldə etmiş Azərbaycanı parçalamaq, hakimiyyəti qəsb etmək uğrunda azğın bir savaş gedirdi. Belə çətin bir anda Azərbaycan xalqı öz iradəsini ortaya qoydu, Azərbaycan ziyalıları ölkəni məhv olmaqdan xilas etmək üçün Heydər Əliyevə üz tutdu. 1993-cü ilin iyulunda Bakıya gələn Heydər Əliyev qısa zamanda ölkənin suverenliyinin təmini, bütövlüyünün qorunması uğrunda mühüm işlər gördü, addımlar atdı. Prezidentliyinin ilk ilində ölkədə hüquqi dövlət quruculuğuna start verən Heydər Əliyev dövlətin iqtisadi inkişafının təməlini formalaşdırdı - 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycanın gələcək inkişafının əsasını qoydu. Qısa zamanda Azərbaycanın toparlanaraq özünə gəlməsi, ayağa qalxması, hüquqi dövlət quruculuğu yoluna qədəm qoyması, qanunların işləmə mexanizminin təkmilləşdirilməsi yönündə addımların atılması, mərkəzləşdirilmiş dövlət anlayışının ortaya qoyulması, beynəlxalq aləmlə təmasların qurulması, müstəqil Azərbaycanın tanıdılması vaxtilə başıpozuqluğu özü üçün həyat fəlsəfəsinə çevirənlərin işinə yaramırdı. Bəzi ölkələrin Azərbaycanın toparlanmasına qarşı qısqanclıq nümayiş etdirməsi də bu məsələdə özünü göstərirdi.
Həmin xarici dairələrlə işbirliyində olan xəyanətkar qruplar bir sıra təxribat və terror xarakterli addımlar atdılar. Belə ki, 1994-cü ilin sentyabrın 21-dən 22-nə keçən gecə dövləti cinayətlərdə təqsirləndirilən 4 nəfər şəxs Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırıldı, Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov terrorla qətlə yetirildi. Bu hadisələr öz pik nöqtəsinə oktyabrın 2-də Mahir Cavadovun rəhbərliyi ilə əsasən “OMON”-çulardan ibarət silahlı dəstənin Respublika Prokurorluğunun binasını gülləbaran edərək ələ keçirməsi ilə çatdı. Həmin zamanlarda Nyu-Yorkda BMT Baş Məclisinin illik sessiyasında iştirak edən Prezident Heydər Əliyev təcili ölkəyə qayıdaraq təhlükəli proseslərin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlərə əl atdı. Oktyabrın 4-də Cavadov qardaşları ilə əlbir olan o zamankı üsyankar baş nazir Sürət Hüseynovun qanunsuz silahlı dəstələri Gəncə şəhərində hakimiyyət orqanlarının inzibati binalarını, dəmir yolu vağzalını və aeroportu zorla ələ keçirdi. Demək olar ki, Gəncə və ona yaxın regionlara qarşı silahlı basqınlar həyata keçirən, “OMON”un yerli dəstələri vasitəsilə qanuni dövlət strukturlarına qarşı silahlı təzyiq göstərən qiyamçılar ölkədə yeni vətəndaş qarşıdurması yaratmağa niyyətlənmişdi. Belə bir şəraitdə ulu öndər Heydər Əliyev fenomenal siyasi dühası ilə bu problemin həlli istiqamətində mühüm bir addım atdı. Belə ki, oktyabrın 4-də televiziya ilə birbaşa xalqa müraciət edərək, vətəndaşları Azərbaycan dövlətçiliyini və milli suverenliyini qorumaq naminə Prezident sarayının qarşısına çağıran ulu öndər Heydər Əliyev bir daha Azərbaycan xalqına güvəndiyini, inandığını ortaya qoydu. Gecə saatları olmasına baxmayaraq, qısa müddətdə on minlərlə insan Ulu Öndərin çağırışı ilə Prezident sarayının qarşısına yığıldı və xalq-hakimiyyət birliyinin gücünü, qüdrətini qiyamçılara və onları dəstəkləyən xarici dairələrə nümayiş etdirdi. Qısa zamanda silahlı qiyamçılar zərərsizləşdirildi və günahkarlar öz layiqli cəzasını aldılar.
Ertəsi gün-oktyabrın 5-də daha böyük izdiham - təxminən bir milyon insan “Azadlıq” meydanına toplaşaraq respublikanın müstəqilliyinin, dövlətçiliyimizin qorunmasında Prezident Heydər Əliyevin yanında olduqlarını nümayiş etdirdi. Meydana toplaşanlar qarşısında çıxış edən Ulu Öndər baş verənləri müstəqilliyimizə qarşı qəsd kimi dəyərləndirərək dedi: “Son günlərdə baş vermiş hadisələr Azərbaycanın müstəqilliyini puça çıxarmağa, onu müstəqillik yolundan döndərməyə, bu yolla irəliləyişinin qarşısını almağa, ölkəmizin daxili ictimai-siyasi sabitliyini pozmağa yönəldilmiş əməllərdir. Onu da bilin ki, bu hadisələr, ümumiyyətlə, Azərbaycanı dağıtmaq, parçalamaq, ölkəmizi bir dövlət kimi məhv etmək üçün qurulan planların bir hissəsidir. Qoy, hamı bilsin və əmin olsun ki, bu bəd niyyətlərin və bu çirkin planların heç birisi həyata keçməyəcəkdir! Azərbaycan xalqı buna yol verməyəcəkdir! Azərbaycan müstəqil bir dövlət kimi yaşayacaqdır”.
Beləliklə, müdrik siyasətçi Heydər Əliyev dövlət çevrilişinin qarşısını məhz doğma xalqına güvənməklə aldı. Silahlar işə salınmadı, bir güllə belə atılmadı. Bu qiyamın qarşısının alınması Azərbaycanın yeni inkişaf yoluna qədəm qoymasına, hüquqi dövlət quruculuğu prosesinin daha da sürətlə aparılmasına şərait yaratdı. Böyük siyasət adamının xalqına güvəni müasir Azərbaycanın öz yoluna davam etməsinə, bugünki qələbələrə, zəfərlərə və nailiyyətlərə imza atmasını şərtləndirdi. Xalqının əbədi sevgisini sağ ikən qazanan böyük liderin fenomenal addımı Azərbaycanın inkişaf yoluna işıq saldı...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24

