Azərbaycan-Türkiyə münasibətləri ortaq dəyərlərə söykənir
14.03.2012 [00:52]
Azərbaycanla Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri bu iki ölkənin regional və qlobal miqyasda mövqeyinə, uğurlar əldə etməsinə müsbət təsir göstərən mühüm amildir. İki ölkə arasında yüksək siyasi əlaqələr, müxtəlif sahələrdə genişmiqyaslı əməkdaşlıq mövcuddur. Həmçinin, Azərbaycan-Türkiyə münasibətləri öz xüsusiyyətlərinə görə dünyada unikal hesab oluna bilər. çünki bu münasibətlər sadəcə siyasi xarakter daşımır. Daha dəqiq desək, iki ölkəni strateji-coğrafi əhəmiyyət daşıyan siyasi, iqtisadi maraqlarla yanaşı, ortaq tarix, milli-mənəvi dəyərlər, etnik köklər də birləşdirir. Ulu öndər Heydər Əliyevin dillər əzbəri olan “Bir millət - iki dövlət” kəlamı da, əslində, Azərbaycan və Türkiyə xalqlarının qardaşlığını, birliyini, daimi münasibətlərini ifadə edən konseptual əsaslara malikdir.
Ən əsası odur ki, həm Azərbaycan, həm də Türkiyə xalqı iki ölkəni birləşdirən dəyərlərə böyük hörmət və rəğbətlə yanaşır. 70 ildən artıq bir müddətdə “xalqlar dostluğu” adı altında milli-etnik kimliyimizi yox etməyə çalışan Sovetlər Birliyinin, daha öncələr isə uzun illər boyu şovinist siyasət yeridən çar Rusiyasının əsarəti altında olmasına baxmayaraq, Azərbaycan xalqı milli dəyərlərini unutmadı, qoruyub yaşatdı. Buna görə də, təsadüfi deyil ki, bu gün Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşən milli köklərinə sahib bir ölkə kimi Türk dünyasını birləşdirən önəmli həlqə rolunu oynayır.
Bu baxımdan, Azərbaycan-Türkiyə münasibətlərində xalqların qardaşlığı faktoru mühüm dəyər kimi çıxış edir. Məhz bu amil regionda gedən proseslərin mürəkkəbliyinə, xarici qüvvələrin təzyiqlərinə, daxildəki bəzi təxribatçı dairələrin fəaliyyətinə, Ermənistanın və erməni lobbisinin hiylələrinə baxmayaraq, Azərbaycan-Türkiyə münasibətlərini yüksək səviyyədə saxlamağa kömək edir. çünki hər iki ölkənin əhalisi regionda və dünyada gedən proseslərə ayıq yanaşır, Azərbaycanla Türkiyənin maraqlarına zidd olan istənilən təxribata öz təpkisini göstərir. Fevral ayının 26-da Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycanda və Türkiyədə keçirilən yürüş-mitinqlər də iki ölkənin bir-birinə dəstəyinin nümayişi idi. Eyni zamanda, fevralın 28-də Fransanın Konstitusiya Şurasının bu ölkə parlamentinin qəbul etdiyi qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu ləğv etməsi də məhz Azərbaycanla Türkiyənin həm dövlət rəhbərlikləri, həm də xalqları arasındakı birliyinin, həmrəyliyinin, bu məsələyə göstərilən birgə təpkinin nəticəsidir. Yəni, gündən-günə möhkəmlənən Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri həm Ermənistana və erməni lobbisinə, həm də dünyadakı ermənipərəstlərə, bu ölkənin havadarlarına, antitürk düşüncəli dairələrə mühüm mesajdır.
Bu gün Azərbaycanla Türkiyə arasındakı siyasi münasibətlərin yüksək səviyyədə qorunub saxlanmasında iki ölkə xalqlarının qardaşlığı və dostluğu önəmli təsirə malikdir. Bu yaxınlarda Türkiyənin “TRT” kanalına müsahibə verən Prezident İlham Əliyev iki qardaş ölkəni birləşdirən dəyərləri yüksək qiymətləndirib: “Biz yaxın xalqıq. Bir-birimizə çox yaxınıq. Bizim dilimiz də bir-birinə çox oxşayır, tariximiz də, kökümüz də birdir. Ən önəmlisi ondan ibarətdir ki, bizim maraqlarımız da üst-üstə düşür”.
Bir sözlə, dostluq və qardaşlıq münasibətləri iki ölkə əlaqələrini daha möhkəm və davamlı edir. Rəsmi Bakı və rəsmi Ankara prinsipial məsələlərdə bir-birinin mövqeyini dəstəkləyirlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə hər zaman Azərbaycanın yanındadır. Eyni zamanda, Türkiyəyə qarşı yönələn qondarma “erməni soyqırımı” ittihamları ilə mübarizədə Azərbaycan aktiv fəaliyyət göstərir.
Qeyd etdiyimiz kimi, bəzi antitürkçü qüvvələrin Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinə zərbə vurmaq cəhdlərinə baxmayaraq, strateji müttəfiqlik xarakteri daşıyan iki ölkənin əlaqələri yüksək səviyyədədir. Regionda mühüm siyasi, iqtisadi aktorlar olan Azərbaycanla Türkiyənin müxtəlif sahələrdə qurduğu bərabərhüquqlu və qarşılıqlı-faydalı əlaqələr daim inkişaf etməkdədir. Məlum olduğu kimi, Azərbaycanla Türkiyə arasındakı iqtisadi əlaqələr elə bir yüksək inkişaf səviyyəsinə çatıb ki, artıq bu əlaqələr iki ölkə münasibətləri çərçivəsindən çıxaraq regional və qlobal əhəmiyyətli əməkdaşlığa çevrilib. Hazırda fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmiryol xətti də ortaq maraqlar əsasında qurulan əməkdaşlığın nəticəsidir.
Beləliklə, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı möhkəm əsaslar üzərində inkişaf edir. Heç bir təxribat və yalan bu münasibətlərin inkişafına mane olmaq gücündə deyil.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

