Azərbaycan ilə Çexiya arasındakı əlaqələr çox dinamik şəkildə və sürətlə inkişaf edir
07.04.2012 [01:46]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən çexiya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Praqa qəsrində rəsmi qarşılanma mərasimi olub. çexiya Prezidenti Vatslav Klaus və xanımı Livia Klausova Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşılayıblar. Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim olunub.
çexiyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri çexiya Prezidenti Vatslav Klausa təqdim olunub. Sonra dövlət hədiyyələri təqdim edilib.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Praqa qəsrinin Fəxri qonaqlar kitabını imzalayıblar.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Livia Klausova ilə birgə görüşü olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Livia Klausova ilə birgə görüşündən sonra dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunduğu görüşdə əlaqələrimizin siyasi, iqtisadi və digər sahələrdə möhkəmləndiyi bildirilib.
Görüşdə Azərbaycan ilə çexiya arasında iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb. ölkələrimiz arasında əlaqələrin Avropa İttifaqı çərçivəsində də uğurla davam etdirildiyi bildirlib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və çexiya Respublikasının Prezidenti Vatslav Klausun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-çexiya sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və çexiya Respublikasının Regional İnkişaf Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və çexiya Respublikasının regional inkişaf naziri Kamil Yankovski imzalayıblar.
“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və çexiya Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və çexiya Respublikasının mədəniyyət naziri Alena Hanakova imzalayıblar.
“Milli Azərbaycan Tarixi Muzeyinin və çexiya Respublikasının Milli Muzeyi arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının çexiya Respublikasında səfiri Tahir Tağızadə və çexiya Respublikası Milli Muzeyinin direktoru Mixal Lukeş imzalayıblar.
“M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və çexiya Respublikasının Milli Kitabxanası arasında əməkdaşlıq haqqında Memorandumu”nu Azərbaycan Respublikasının çexiyadakı səfiri Tahir Tağızadə və çexiya Respublikası Milli Kitabxanasının baş direktoru Tomaş Böhm imzalayıblar.
Azərbaycan-çexiya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və çexiya Respublikasının Prezidenti Vatslav Klausun birgə mətbuat konfransı olub. Əvvəlcə dövlət başçıları bəyanatlarla çıxış ediblər.
çexiya Prezidenti ötən ilin mayında Azərbaycana səfərini xatırlayaraq bildirib ki, iki ölkə arasındakı münasibətlər bir çox sahələrdə intensiv inkişaf edir.
Azərbaycan Prezidenti İlham Əliyevin Praqaya səfərinin əlaqələrin bundan sonra da inkişafına təkan verəcəyinə əminliyini ifadə edən çexiya Prezidenti Vatslav Klaus deyib: “Eyni zamanda, onu bildirmək istəyirəm ki, biz görüşümüz zamanı ölkələrimizin daxili siyasi vəziyyəti haqqında bir-birimizə məlumat verdik. Həmçinin məmnunluq hissi ilə bildirmək istəyirəm ki, bir çox beynəlxalq məsələlərlə bağlı mövqelərimiz üst-üstə düşür. Yekun olaraq qeyd etmək istəyirəm ki, mən Azərbaycan Respublikasının cənab Prezidentini əmin etdim ki, biz çexiya Respublikası olaraq Azərbaycanın Avropa məkanına inteqrasiya planlarını alqışlayırıq. Bu baxımdan xüsusilə də Avropa ilə münasibətlərdə, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrində biz dəstəyimizi verəcəyik və bundan sonra da əlimizdən gələni etməyə hazırıq”.
çexiyaya səfərə dəvətə görə Prezident Vatslav Klausa minnətdarlığını bildirən Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin getdikcə genişləndiyini diqqətə çatdıraraq deyib: “Mən çox şadam ki, çexiya Respublikası ilə Azərbaycan arasındakı əlaqələr çox dinamik şəkildə və sürətlə inkişaf edir”.
“Biz çexiya Respublikasının bu əməkdaşlığa verdiyi dəstəyi də həmişə yüksək qiymətləndiririk” - deyən Prezident İlham Əliyev göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
Sonra jurnalistlərin sualları cavablandırılıb.
* * *
Dünən Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə çexiya Respublikası Parlamenti Senatının sədri Milan Ştex və xanımı İvana Ştexova tərəfindən nahar verilib. çexiya Parlamenti Senatının sədri Milan Ştex və xanımı İvana Ştexova Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşılayıblar. Əvvəlcə xatirə şəkli çəkdirilib. Sonra Senatın üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim olunub.
Daha sonra Azərbaycan Prezidentinin və xanımının şərəfinə nahar verilib.
Senatın sədri Milan Ştex çıxış edərək Azərbaycan ilə çexiya arasında əlaqələrin müxtəlif sahələrdə inkişafının əhəmiyyətini vurğulayıb. O, parlamentlərarası əməkdaşlıq məsələlərinə toxunaraq bildirib ki, Azərbaycan ilə çexiya arasında iqtisadi sahədə də əlaqələr uğurla inkişaf edir. Senatın sədri deyib ki, ölkəsi Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verir. çexiya regionda Azərbaycanın rolunu yüksək qiymətləndirir.
Prezident İlham Əliyev naharda çıxış edib. Dövlətimizin başçısı iki il əvvəl “Şərq tərəfdaşlığı” Sammitində iştirak etmək üçün Praqada səfərdə olduğunu, bu dəfə isə bu ölkəyə dövlət səfərinə gəldiyini bildirib. Bu səfərin faktiki olaraq ikitərəfli münasibətlərimizin səviyyəsini təcəssüm etdirdiyini vurğulayan Azərbaycan Prezidenti deyib ki, Azərbaycan çexiya Respublikası üçün Cənubi Qafqazda bir nömrəli iqtisadi tərəfdaşdır.
Nahardan sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Senatın Fəxri qonaqlar kitabını imzalayıblar. Dövlətimizin başçısına və xanımına çexiya Senatının fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Senat şəhərin tarixi binalarından birində yerləşir. Bu bina memarlıq quruluşu ilə Praqaya xüsusi gözəllik verir.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çexiya Respublikası Parlamenti Deputatlar Palatasının sədri xanım Miroslava Nemtsova ilə görüşüb.
Görüşdə Azərbaycan ilə çexiya arasında müxtəlif sahələrdə, o cümlədən parlamentlərarası əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. Siyasi, iqtisadi, humanitar, mədəniyyət və təhsil sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı bazanın olduğu vurğulanıb.
Azərbaycan ilə çexiya arasında Avropa Parlamenti strukturları çərçivəsində, eləcə də Azərbaycan-Avropa İttifaqı çərçivəsində əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Parlamentlərarası dostluq qruplarının bu əlaqələrin genişlənməsində rolunun vurğulandığı görüşdə hər iki ölkənin qanunverici orqanlarının bu münasibətlərin inkişafına töhfə verdiyi bildirilib. Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev çexiya Parlamenti Deputatlar Palatasının Fəxri qonaqlar kitabını imzalayıb.
Sonda xatirə şəkli çəkdirilib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən çexiyaya dövlət səfəri çərçivəsində Praqa şəhərindəki qədim Karl körpüsü ilə tanış olub.
* * *
Dünən çexiya Prezidenti Vatslav Klaus və xanımı Livia Klausova tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə dövlət naharı verilib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55

