Ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı ardıcıl mübarizə aparılır
16.05.2012 [01:51]
Məlum olduğu kimi, son illər Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı geniş və ardıcıl mübarizə aparılır. Məqsəd isə Azərbaycanın iqtisadi potensialının qorunması və inkişafı üçün əlverişli şəraitin təmin edilməsi baxımından mövcud nöqsanların və neqativ meyillərin aradan qaldırılmasıdır. Buna görə də, dövlət iqtisadi təhlükəsizliyimizə xələl gətirə biləcək halların qarşısının alınması üçün əsas fəaliyyət istiqamətlərindən biri kimi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni müəyyənləşdirib.
Xatırladaq ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında müvafiq orqanlara ölkəmizdə liberal bazar iqtisadiyyatı prinsiplərinin qorunması, azad biznesin inkişafı və bütün fəaliyyət sahələrində şəffaflığın təmin edilməsi barədə müvafiq tapşırığından sonra aidiyyəti dövlət strukturları sözügedən istiqamətdə ciddi tədbirlər görməyə başlayıb. Korrupsiyaya qarşı mübarizənin vahid strategiya çərçivəsində qurulması, bu sahədə görülən tədbirlərin davam etdirilməsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, səmərəli nəzarət mexanizmlərinin yaradılması, yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının təmin edilməsi məqsədilə, davamlı addımlar atılıb. Bu istiqamətdə görülən işlər öz növbəsində iqtisadi və sosial sahədə inkişaf meyillərinin sürətlənməsinə, islahatların davamlılığının təmin olunmasına, şəffaflığın artmasına, azad rəqabət mühitinin möhkəmlənməsinə, iqtisadi, sosial, ictimai, elm, təhsil, səhiyyə, mədəniyyət və digər bölmələrdə maliyyə nəzarətinin güclənməsinə səbəb olub. Lakin müvafiq qurumlara hələ də müraciətlərin daxil olması, bu sahədə problemlərin araşdırılaraq qısa müddətdə həlli üçün tədbirlərin görülməsini vacib edir.
Aprelin 16-da Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev, bir daha Azərbaycanın hərtərəfli və çoxşaxəli inkişafının davamlılığını təmin etmək üçün mövcud neqativ halların qarşısının alınmasında dövlətin maraqlı olduğunu bildirib: “Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Müvafiq göstərişlər verilmişdir, sərəncamlar imzalanmışdır. Beynəlxalq təcrübə tam şəkildə tətbiq edilməlidir. Burada həm inzibati tədbirlər, həm də cəza tədbirləri gücləndirilməlidir. Eyni zamanda, sistem xarakterli, institusional xarakter daşıyan islahatlar daha da sürətlə aparılmalıdır. Mübarizə bir gün, bir dəqiqə səngiməməlidir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır”.
Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrində şəffaflığın təmin edilməsini başlıca vəzifə kimi qarşıya qoyub. Neqativ halların qarşısının alınmasında dövlət başçısı birbaşa öz güclü dəstəyini nümayiş etdirməklə, bütün aidiyyəti orqanları mübarizə tədbirlərinə səfərbər olmağa çağırıb. Bu, eyni zamanda, ölkəmizdə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə tədbirlərinin prinsipial xarakter daşıdığını və dövlət siyasətinin ən prioritet sahələrindən birini təşkil etdiyini təsdiqləyir.
Korrupsiya hallarına qarşı mübarizə tədbirləri cari ildə də davam etdirilib. Belə ki, son bir neçə ayda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çərçivəsində Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin müəllimi Məhəmməd İmanlı, 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri külli miqdarda rüşvət alan zaman cinayət başında yaxalanıblar. Həmin faktlara görə, analoji olaraq Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və qeyd edilən maddə ilə ittiham olunaraq məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda, hər üç iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Göründüyü kimi, korrupsiyaya qarşı mübarizə tədbirləri ümumi dövlət siyasətinin əsas strateji istiqamətini təşkil edir. Korrupsiya ilə mübarizə tədbirlərinin başlıca strateji hədəfləri bütün idarəetmə sektorlarında və iqtisadi-sosial sahələrdə şəffaflığın təmin edilməsinə və maliyyə nəzarətinin gücləndirilməsinə nail olmaqdan, qanunun aliliyinin, insan hüquq və azadlıqlarına hörmətin, informasiya azadlığının, hesabatlılığın təmin edilməsinin, dövlət orqanlarının fəaliyyətinə nəzarət olunmasının, korrupsiya ilə əlaqədar hüquqpozmalara görə, məsuliyyətin və düzgün idarəçilik sisteminin möhkəmləndirilməsindən ibarətdir və bu sahəyə aid bütün strukturlar fəaliyyətlərini qarşıya qoyulmuş tələbələrə uyğun şəkildə qurmalıdırlar.
SEVİNC
Xəbər lenti
Hamısına baxMüsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26

