Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Tovuzda zəhərlənənlərin əksəriyyəti ambulator müalicə üçün evə buraxılıb

Tovuzda zəhərlənənlərin əksəriyyəti ambulator müalicə üçün evə buraxılıb

16.10.2024 [12:34]

Tovuzda dönərdən zəhərləndikləri ehtimal olunan şəxslərin böyük əksəriyyəti ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Tovuz Rayon Mərkəzi Xəstəxanasından bildirilib. Qeyd olunub ki, zəhərlənmə şübhəsi ilə Təcili yardım şöbəsinə, ümumilikdə, 21 nəfər hospitalizasiya edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda xəstəxananın Yoluxucu xəstəliklər şöbəsində 7 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, faktla bağlı rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə araşdırma aparılır.

Paylaş:
Baxılıb: 960 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Yeddi ayda...

12 Avqust 15:00

Siyasət

17-ci səfər...

12 Avqust 13:17

Analitik

Məkkə üçbucağı

12 Avqust 10:25  

Analitik

Sosial

Mavi sərvətin taleyi

12 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31