Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Ağdam sakini Xocavənddə minaya düşərək həlak olub – BİRGƏ MƏLUMAT

Ağdam sakini Xocavənddə minaya düşərək həlak olub – BİRGƏ MƏLUMAT

12.03.2026 [22:30]

İşğaldan azad edilmiş Xocavənd rayonunun Aşağı Veysəlli kəndi ərazisində martın 12-si mina hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı birgə məlumatda qeyd olunub.

1968-ci il təvəllüdlü Ağdam rayon sakini Hacıyev Ramiz Maşallah oğlu keçmiş təmas xəttindəki minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən atla tankəleyhinə minaya düşərək həlak olub. Faktla bağlı araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!

Paylaş:
Baxılıb: 622 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Yeddi ayda...

12 Avqust 15:00

Siyasət

17-ci səfər...

12 Avqust 13:17

Analitik

Məkkə üçbucağı

12 Avqust 10:25  

Analitik

Sosial

Mavi sərvətin taleyi

12 Avqust 09:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31