/ / İtaliya A Seriyasında oynamış futbolçu: “Qarabağ” “Napoli” ilə matçda sürpriz edə bilər - AÇIQLAMA
İtaliya A Seriyasında oynamış futbolçu: “Qarabağ” “Napoli” ilə matçda sürpriz edə bilər - AÇIQLAMA
24.11.2025 [15:18]
Bu mövsüm həm “Napoli”nin, həm də “Qarabağ”ın oyunlarını izləmişəm. Hər iki komanda yaxşı formadadır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə İtaliya A Seriyasında “Viçensa” və “Komo” kimi komandalarda çıxış etmiş xorvatiyalı veteran futbolçu Stepan Tomas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Napoli” və “Qarabağ” kollektivləri arasında keçiriləcək oyun barədə danışarkən deyib.
O, Azərbaycan çempionunun İtaliyada sürpriz edə biləcəyinə inandığını bildirib: “Qurban Qurbanov yaxşı komanda formalaşdırıb. Onlar böyük klublara qarşı layiqli mübarizə aparırlar. Hazırda “Turan Tovuz”a rəhbərlik edən keçmiş baş məşqçim Kurban Berdıyevin dəvəti ilə ötən mövsüm Bakıya gəlmişdim. Tovuz klubunun “Qarabağ”la matçını canlı izləmişdim. “Napoli”ni çox güclü və təcrübəli Antonio Konte çalışdırır. Kevin De Brüyne və Romelu Lukaku zədə səbəbindən bu görüşü buraxacaqlar. Bu da Azərbaycan təmsilçisi üçün müsbət məqamdır. Neapol klubu A Seriyasının son turunda “Atalanta” ilə qarşılaşmada böyük güc sərf etdi. Futbolçular müəyyən mənada yorğun ola bilərlər. “Qarabağ”ın səfərdə 1 xal qazanacağını düşünürəm”.
Xorvatiya millisinin keçmiş üzvü Azərbaycan çempionunun heyətində bəyəndiyi futbolçuların adlarını da çəkib: “Kevin Medina və Azərbaycan millisinin üzvü Elvin Cəfərquliyevi çox bəyənirəm. “Qarabağ” komanda olaraq çox güclüdür. Bunu “Benfika” və “Çelsi” ilə matçlarda göstərib”.
Qeyd edək ki, noyabrın 25-dən 26-na keçən gecə “Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

