“Bakı-2015” Avropa Oyunlarının könüllüləri “Alov qoruyanlar” adlandırılacaq
16.01.2015 [10:05]
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi birinci Avropa Oyunlarında könüllülərin “Alov qoruyanlar” (“Flamekeepers”) kimi tanınacaqlarını elan edib.
AzərTAc xəbər verir ki, bu ad yarışın ruhunun təbliğində könüllülərin mərkəzi rolunu əks etdirir, eyni zamanda, Odlar Yurdu Azərbaycana olan hörməti, xalqımızın həyəcanını və mehribanlığını tərənnüm edir.
Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib ki, Oyunların könüllü proqramı gənclərin bu mötəbər yarışa qoşulması və beynəlxalq arenada Azərbaycanı dəstəkləməsi üçün gözəl imkan yaradır. Bizim bütün “Alov qoruyanlar”ımız Azərbaycanda böyük multiidman yarışının keçirilməsi sahəsində daimi irs qoyan proqram sayəsində ölkəmizin tarixindəki bu möhtəşəm anı paylaşacaq və çox mühüm təcrübə qazanacaqlar. “Alov qoruyanlar” Oyunlar ərzində əsas vəzifələri yerinə yetirəcək, o cümlədən idmançılar və rəsmi şəxslərə kömək edəcək, idman yarışlarında işləyəcək, tamaşaçılara və media nümayəndələrinə dəstək göstərəcəklər.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qeyd edib ki, istənilən böyük idman yarışında idmançılar yarışın ürəyi və könüllülər isə ruhu hesab olunurlar. “Alov qoruyanlar” bu yay “Bakı-2015” Avropa Oyunlarının möhtəşəm idman bayramına çevrilməsinə kömək göstərəcək və daimi bir irs yaradacaqlar. Bu irs sayəsində Azərbaycan gələcəkdə bir sıra böyük beynəlxalq yarışlara ev sahibliyi edən zaman könüllü atəşini alovlandıracaq.
“Alov qoruyanlar” Avropanın birinci multiidman yarışlarına verəcəkləri töhfənin əvəzində yarış obyektlərinə pulsuz nəqliyyat xidməti, uniforma, qida və “Bakı-2015” könüllü proqramının rəsmi tərəfdaşı olan “Nar Mobile” tərəfindən verilən “SİM kart”dan yararlanacaqlar.
Oyunlar üçün könüllülərin cəlb olunması prosesi davam edir və 16 mindən çox könüllü seçilmək üçün onlayn qeydiyyatdan keçib. “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi həftəlik əsasda yüzlərlə müsahibələr aparır və iyun ayının 12-si Oyunlar başlayanadək 12 min 500 nəfər könüllünü işlərə cəlb edəcək.
Xatırladaq ki, “Nar Mobile” “Bakı-2015”in rəsmi mobil telekommunikasiya xidməti təminatçısıdır və könüllülərin cəlb olunması üçün Oyunların reklam, sosial media kanalları, mətn məlumatlarının ötürülməsi xidməti və bir neçə qısa film vasitəsilə təbliğ edilməsinə də kömək göstərir.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23

