Naxçıvanda möhtəşəm Alov festivalı
28.04.2015 [10:23]
Aprelin 27-də Naxçıvanda “Bakı-2015” ilk Avropa Oyunları məşəlinin muxtar respublikaya gətirilməsi münasibətilə Alov festivalı keçirilib.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak edib.
AZƏRTAC xəbər verir ki, “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Naxçıvan Beynəlxalq Hava Limanından əvvəlcə “Duzdağ” Fizioterapiya Mərkəzinin yeraltı şaxtasına, oradan da “Əshabi-Kəhf” ziyarətgahına aparılıb.
Sonra birinci Avropa Oyunlarının məşəli Naxçıvan şəhərinin Koroğlu meydanına gətirilib.
Alov festivalının rəmzi qapısında “Bakı-2015” birinci Avropa Oyunlarının ilk məşəlçisi, Olimpiya çempionu Rəfiqə Şabanova məşəli Naxçıvan Muxtar Respublikası voleybol yığmasının üzvü Xanım Xudadanovaya verib. Buradan başlayaraq estafeti 11 naxçıvanlı məşəlçi davam etdirib. Ümumilikdə 4,1 kilometr məsafədə məşəli növbə ilə bir-birinə ötürən idmançılar muxtar respublikanın çoxsaylı sakinlərinin alqış sədalarının müşayiəti ilə Cəlil Məmmədquluzadə küçəsindən keçərək Heydər Əliyev prospekti ilə Naxçıvan şəhərinin mərkəzi meydanına çatdırıblar. Voleybol üzrə kişilərdən ibarət Naxçıvan Muxtar Respublikası yığmasının kapitanı, eyni zamanda, Azərbaycan millisinin üzvü Polad Əliyev məşəli meydanda qurulmuş möhtəşəm səhnəyə qaldırıb.
İdmançı Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarovla birlikdə səhnədəki məşəli alovlandırıb və bununla da Naxçıvan şəhərində Alov festivalına start verilib.
Tədbirdə “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlinin ilk səyahətinə Azərbaycanın qədim yurdu olan Naxçıvandan başladığını qeyd edən Azad Cabbarov bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi idman siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan dünyanın ən nüfuzlu idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımızın Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları medalların sayı ilbəil artır.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında da idman qayğı ilə əhatə olunub. Olimpiya İdman kompleksləri, Üzgüçülük, Şahmat, Stend və Sportinq Atıcılıq mərkəzləri, stadionlar, şahmat və uşaq-gənclər idman məktəbləri yaradılıb. Bütün bunlar ölkəmizdə idmanın inkişafının göstəricisidir. Təsadüfi deyil ki, Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır.
Azad Cabbarov deyib ki, bu ilin iyununda qitədə ilk dəfə olaraq ölkəmizdə keçiriləcək Avropa Oyunları Azərbaycanda idmanın inkişafına, respublikamızın beynəlxalq aləmdə tanınmasına, milli mədəniyyətimizin dünyada nümayiş olunmasına şərait yaradacaq.
Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin naxçıvanlıları, o cümlədən muxtar respublika idmançılarını da çox sevindirdiyini bildirən nazir bu münasibətlə bütün idmançıları təbrik edib, onlara Avropa Oyunlarında uğurlar arzulayıb.
Sonra səhnəyə çıxan Şərur Xalq Yallı Ansamblının kollektivinin ifası festival iştirakçılarının böyük marağına səbəb olub.
Festivalda aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və eləcə də 150-dən artıq qonağın iştirakı ilə dövlətimizin başçısı tərəfindən Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Atəşfəşanlığın müşayiəti ilə nümayiş etdirilən Alov şousu festival iştirakçılarının sürəkli alqışları ilə qarşılanıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

