/ / “Sinxua” agentliyi “Bakı-2015” birinci Avropa Oyunlarının bağlanış mərasimi haqqında ətraflı material yayıb
“Sinxua” agentliyi “Bakı-2015” birinci Avropa Oyunlarının bağlanış mərasimi haqqında ətraflı material yayıb
01.07.2015 [10:19]
Çin Xalq Respublikasının rəsmi informasiya agentliyi “Sinxua” Bakıda birinci Avropa Oyunlarının bağlanış mərasimi haqqında ətraflı material yayıb.
AZƏRTAC xəbər verir ki, “Sinxua” agentliyinin müxbirinin materialında bildirilir ki, birinci Avropa Oyunları çərçivəsində 16 olimpiya və 4 qeyri-olimpiya idman növləri üzrə yarışlar keçirilib. Avropa ölkələrini 6 min atlet təmsil edib. Oyunlarda 253 dəst medal oynanılıb. Qeyri-rəsmi komanda hesabında mükafatların çoxunu Rusiya yığması qazanıb. 164 qızıl medaldan 79-u Rusiya yığmasının payına düşür. Oyunların ev sahibi ikinci yeri tutub. Azərbaycanın qazandığı 56 medalın 21-i qızıldır. Böyük Britaniya komandası üçüncü yerdə qərarlaşıb. Onun hesabında 18-i qızıl olmaqla 47 medal var. Ümumən 31 ölkənin nümayəndələri qızıl medal, bütövlükdə 42 dövlətin idmançıları medal qazanıblar.
Bağlanış mərasiminin giriş hissəsində müasirliyin enerjisi və gücü ilə zənginləşən Azərbaycanın musiqi, rəqs və memarlıq ənənələri tərənnüm olunub.
Azərbaycan xalçaya bənzədilib. Onun gözəlliyi rənglərin, insanların, ənənələrin vəhdətindədir. Burada hər bir element xalça ilmələri və ornamentləri qədər bənzərsizdir. Bununla belə, bənzərsizlik onları vahid bir məqsəd - gözəl bir əsər ərsəyə gətirmək məqsədi ətrafında birləşdirir.
Yaradıcı qrup da bağlanış mərasimini məhz “Dirçəliş” ideyası əsasında qurub. Stadionun monitorlarında rəngbərəng xalça naxışları canlanır. Tanınmış rəssam Faiq Əhmədin unikal xalça ornamentləri 10-dan sıfıra qədər rəqəmlərə çevrilir və vaxtın geriyə hesablanması başlayır. “O” rəqəmi görünəndə əsas səhnə işıqlanır. Səhnədə iki müğənni dayanıb. Onlar xor ilə birlikdə yeni simfonik aranjemanda dövlət himnini ifa edirlər.
Səhnədə üç nəhəng heykəl fırlandıqca musiqinin ritmi də dəyişir. Musiqi rok sintezinə keçəndə parlaq müasir naxışlar əmələ gəlir. Sonra heykəlləri fırladan 128 ifaçı görünür. Yüzlərlə rəqqasə səhnədə dövrə vuraraq mozaik naxışlar yaradır.
“Sinxua”nın materialında daha sonra deyilir ki, idmançıların paradından sonra Azərbaycanın birinci xanımı, “Bakı-2015”in Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış edib. O, mərasim iştirakçılarına müraciət edərək deyib: “İlk Avropa Oyunları başa çatır. Ötən 17 gün Azərbaycanın tarixində əlamətdar və yaddan çıxmaz günlər oldu. Biz ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən fərəhlənirik. Qürur hissi duyuruq ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəliyi cəmi iki il yarım ərzində reallığa çevirdi və ən yüksək standartlara uyğun idman tədbirini keçirdi”.
Birinci xanım qeyd edib ki, son 17 gün ərzində biz Avropa dövlətləri arasında birliyin, həmrəyliyin və dostluğun şahidi olduq. O, bu Oyunlarda iştirak etmiş bütün atletlərə, Avropa Olimpiya Komitəsinə, Avropadan gəlmiş çoxsaylı azarkeşlərə, könüllülərə təşəkkür edərək deyib: “Son 17 gün hər zaman xatirimizdə qalacaq. O, nəsillərə qalacaq, tariximizin yaddaqalan məqamı olacaq”.
Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki bağlanış mərasimində çıxışında deyib: “Azərbaycan, sən bizim səmimi və qonaqpərvər ev sahibimiz oldun”.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə birinci Avropa Oyunları Təşkilat Komitəsi Avropanın ən güclü idmançıları üçün çox gözəl arenalar hazırlayıb.
AOK-un prezidenti deyib: “Avropa fərqliliklər və böyük rəqabət, müxtəliflik, idman və yarışma qitəsidir. Lakin burada, Avropa Oyunlarında biz ümumi bayraq altında toplaşdıq: idman və Olimpiya ideallarına doğru addımlamaq bizi ayıran yox, daha çox birləşdirən məkana aparır. Bu inam ondan ibarətdir ki, biz - Avropanın 50 ölkəsi hər dörd ildən bir iki möhtəşəm həftə ərzində birgə ola bilərik”.
P.Hikki qeyd edib ki, bu yarışlar gələcək Avropa Oyunlarının əsaslanacağı Oyunlar oldu. Bu, qitənin güclü atletlərinə, Avropa Olimpiya ailəsinə və dünyadakı dostlarımıza yol göstərən mayak oldu. P.Hikki çıxışını bu sözlərlə tamamlayıb: “Avropa Olimpiya ailəsinə və dünyadakı dostlarımıza tam əminliklə deyirəm: Azərbaycanın gələcəyi parlaqdır. Avropa Oyunlarının gələcəyi parlaqdır. Avropanın gözəl atletləri üçün gələcək parlaqdır”.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45

