Avropa Oyunları deyəndə artıq ilk növbədə Azərbaycan yada düşəcək
03.07.2015 [10:07]
12-28 iyun 2015-ci il! Bu 17 günlük təqvimi nəinki Avropanın, bütün dünyanın tarixinə Azərbaycan yazdı. Məhz bu günlər ərzində Avropa tarixdə ilk dəfə olaraq öz Oyunlarını keçirdi. Bu möhtəşəm idman tədbirinin təməlini qitənin böyük dövlətləri deyil, məhz gənc müstəqil Azərbaycan qoydu.
Müstəqilliyinin 24-cü ilində tarix yazan Azərbaycan, təkcə sürətli inkişafı, dayanıqlı sabitliyi ilə deyil, həm də yüksək səviyyəli təşkilatçılığı ilə mühüm beynəlxalq tədbirlərin platforması oldu. Bu mötəbər tədbirlərin sırasına ilk Avropa Oyunları da daxil edildi. Artıq tarixə belə bir ifadə də yazıldı: “Bakı-2015” ilk Avropa Oyunları”.
Bir çox şəkkaklar Azərbaycanın bu işin öhdəsindən gələ biləcəyinə inanmırdı. Çünki cəmi iki il yarım ərzində yüksək standartlara cavab verən idman infrastrukturu qurmaq heç də hər dövlətin işi deyildi. Lakin Azərbaycan bunun öhdəsindən gələ bildi, həm də fantastik səviyyədə.
Təbii ki, Azərbaycanın bu uğuru bəzi qüvvələri, o cümlədən elə Avropanın özündəki bir sıra dairələri narahat etməyə bilməzdi. Onlar Azərbaycana qarşı qərəzli mövqelərini media vasitəsilə bildirir, ölkədə gördükləri ən xırda problemləri belə şişirdir, dünya ictimaiyyəti arasında Azərbaycanın mənfi obrazını formalaşdırmağa cəhd göstərirdilər. Onlar gah Azərbaycanda guya insan haqlarının pozulduğunu, sosial təminatın düzgün qurulmadığını iddia edir, gah da Avropa Oyunlarının təşkilatçılığına çəkilən xərcləri həddindən çox şişirdib ölkəni tənqid edirdilər. Özlərini elə aparırdılar ki, sanki Azərbaycan Avropanın deyil, öz Oyunlarını keçirirdi. Əlbəttə, bu işdə onlara “sapı özümüzdən olan baltalar” da dəstək verir, ölkəyə, millətə açıq-aşkar xəyanət edirdilər.
Amma istər bu düşmən dairələr, istərsə də onların xidmətində duran “beşinci kolon” Azərbaycanın uğurlu xarici və daxili siyasət yürüdən müdrik rəhbərinin olduğunu unutdular. Xarici dairələr anlamadılar ki, beş-on xəyanətkarın yalanları, böhtanları 10 milyona yaxın vətəndaşın dövlət rəhbərinə olan etimadını, inamını sarsıda bilməzdi. Yaxşı olar ki, həmin dairələr Prezident İlham Əliyevin bu sözlərini yaddaşlarına həkk etsinlər: “Bu gün heç bir kənar qüvvə bizə öz iradəsini diktə edə bilməz. ... Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və müstəqil siyasətimiz bizim bütün uğurlarımızın əsas şərtidir”.
Qarayaxma kampaniyasına rəvac verənlərin arzuları gözlərində qaldı, Azərbaycan öz işini vicdanla yerinə yetirdi, köhnə qitəyə 17 gün ərzində bir-birindən maraqlı anlar, əsl idman bayramının sevincini yaşatdı. İlk Oyunları yüksək səviyyədə keçirməklə Azərbaycan qüdrətini, hətta məhdud vaxt intervalında belə çox böyük miqyaslı tədbirləri yüksək səviyyədə keçirə bilmək bacarığını bütün dünyaya bir daha sübut etdi. Həmçinin bəzi “yaxın tərəfdaşlardan” fərqli olaraq, Azərbaycan sülhsevər dövlət olduğunu, dostluğa sadiqliyini nümayiş etdirdi. İlk Avropa Oyunları zamanı Azərbaycana gələn çoxsaylı turistlər də ölkənin inkişafını, əldə edilən nailiyyətləri öz gözləri ilə gördülər. Onlar istər yerli, istərsə də xarici jurnalistlərə müsahibələrində Azərbaycanın, paytaxt Bakının inkişafına, gözəlliyinə, burada insanların rahat yaşamaları üçün yaradılan şəraitə heyran qaldıqlarını dönə-dönə vurğulayır, bəzi dairələrin qarayaxma kampaniyasının arxasında hansı mətləblərin dayandığını dilə gətirirlər. “Times of Israel” qəzeti Azərbaycana qarşı qərəzli münasibəti tənqid edərək obrazlı şəkildə yazır: “Bütün çirkli qarayaxma kampaniyalarına baxmayaraq, bu çirkli dumanın arxasından Azərbaycanın tolerantlıq və dostluq mesajları işıq saçır və heç bir böhtan, iftira kampaniyası bu işığın üzərinə kölgə sala bilməz”.
Bəli, 17 gün ərzində Azərbaycanın işığı bütün Avropanı, bütün dünyanı dolaşdı və indi də dolaşmaqdadır. Bu, indən sonra öz alovunu Bakıdan, müqəddəs Atəşgah məbədindən götürəcək Avropa Oyunlarının məşəlinin sönməz işığıdır. Birinci Avropa Oyunları sona çatdı. Bununla Azərbaycan tarixə daha bir “ilk”in adını yazdı, özü də öz sönməz odu, alovu ilə. Azərbaycan bir daha sübut etdi ki, o, təkcə enerji resursları ilə zəngin ölkə deyil, həm də yüksək təşkilatçılığa, mədəniyyətə, qonaqpərvərliyə malik olan dövlətdir. Olimpiya Oyunları deyəndə hamı ilk növbədə Yunanıstanı fikirləşdiyi kimi, bundan sonra Avropa Oyunları deyəndə artıq Azərbaycan yada düşəcək. O da yada düşəcək ki, Azərbaycan ilk Avropa Oyunlarında 50 ölkənin arasında ikinci oldu. Bu, çox qürurverici göstəricidir.
İstər vətəndaşlarımızın, istər ölkəmizə təşrif buyurmuş xarici qonaqların müşahidələrinə, sözlərinə istinad edərək əminliklə vurğulamaq olar ki, Avropa Oyunları birinci olsa da, tam mükəmməlliyi ilə təşkil edildi, onun standartları yaradıldı, bəzi qüvvələrin Azərbaycana qarşı apardığı “oyunlar” isə həmişə olduğu kimi, yenə də iflasa uğradı.
Bu qeydləri Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Oyunlarda qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və yarışların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüşdəki çıxışında dövlətimizin başçısı İlham Əliyevə xitabən dediyi, qəlbimizi riqqətə gətirən sözləri ilə tamamlamaq istərdik: “Mən idman leksikasından istifadə etsəm deyə bilərəm ki, bu 17 gün ərzində Azərbaycan xalqı bir komanda idi və Siz bu komandanın şərəfli kapitanı idiniz. Belə olan halda, əlbəttə, qalib gəlməmək mümkün deyildi. Vətənimizə, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir və xidmətimizin nəticələrini görüb yaşamaq ən böyük xoşbəxtlikdir”.
AZƏRTAC
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09

