FIA prezidenti Azərbaycan Avtomobil Federasiyasının fəaliyyəti ilə tanış olub
21.06.2016 [10:15]
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Jan Tod iyunun 19-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) fəaliyyəti və federasiyanın həyata keçirdiyi bir sıra layihələrlə tanış olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov ilə FIA prezidenti arasında keçirilən görüşdə federasiyanın son illərdəki fəaliyyəti barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, AAF ölkəmizdə avtomobil idmanının inkişafı, gənclər arasında təbliği baxımından bir sıra layihələr həyata keçirib. Bu istiqamətdə müxtəlif avtomobil idmanı yarışları təşkil olunub, eyni zamanda, yol hərəkəti təhlükəsizliyi ilə bağlı bir sıra tədbirlər görülüb. Yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirici müxtəlif nəşrlər hazırlanaraq yayımlanıb. Bu çərçivədə keçirilən idman yarışları, azərbaycanlı pilotların hazırlanması, müxtəlif yaş həddindən olan şəxslər arasında yol hərəkəti təhlükəsizliyi ilə bağlı aparılmış maarifləndirici layihələr müzakirə edilib.
Bildirilib ki, son illər keçirilən avtomobil yarışları bu idman növünün təşviqi, gənclərin avtomobil treklərində yarışlara marağının artması baxımından müsbət nəticələrini verir.
Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod, həmçinin Azərbaycan Avtomobil Federasiyasının mütəmadi olaraq təşkil etdiyi “Yol hərəkəti qaydalarını öyrənək” təlimlərinin növbəti məşğələsində iştirak edib. Qeyd edilib ki, müxtəlif yaş həddindən olan şəxslər arasında keçirilən bu təlimlərdə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin sürücü və piyadalar üçün vacibliyi ilə bağlı məqamlar nəzəri və praktik qaydada öyrədilir.
Təlim iştirakçıları ilə eyni zamanda Azərbaycan Avtomobil Federasiyasının “Uşaqlar üçün yol hərəkəti qaydaları”, “Rəngləyək və öyrənək” və digər nəşrlər əsasında nəzəri kurslar aparılır.
Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod daha sonra Heydər Əliyev Mərkəzində Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə hazırlanan “Klassik avtomobil sərgisi” ilə tanış olub.
Bildirilib ki, bu sərgi avtomobil tarixinin öyrənilməsi və klassik avtomobillərlə yaxından tanışlıq üçün avtomobilsevərlərə gözəl fürsət yaradıb.
Jan Tod, eyni zamanda, Mərkəzdəki “Azərbaycan inciləri: tarixin axarında”, “Mini Azərbaycan”, amerikalı rəssam Corc Kondonun fərdi sərgiləri ilə tanış olub.
FIA prezidenti ölkəmizdə Azərbaycan Avtomobil Federasiyası tərəfindən görülən işləri yüksək qiymətləndirərək bu layihələrin davam etdirilməsinin vacibliyini vurğulayıb. O, ölkə daxilində keçirilən avtomobil yarışlarının, pilotların hazırlanması, azərbaycanlı idmançıların digər ölkələrdəki yarışlarda iştirakının avtomobil idmanının inkişafı baxımından əhəmiyyətli olduğunu qeyd edib. Jan Tod, həmçinin Azərbaycanda avtomobil yarışı trekinin tikintisinin idmanın bu növünün inkişafı üçün vacib olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxİdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43

