Arzu Əliyeva: “Tour d’Azerbaidjan”ı qəbul etməkdən qürur hissi duyuruq
17.05.2017 [10:28]
Planetin nüfuzlu idman kanalı “Eurosport”da Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2017” veloturuna həsr olunmuş süjet yayımlanıb.
AZƏRTAC xəbər verir ki, videomaterialda ölkəmizə gəlmiş xarici qonaqların, həmçinin Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın fikirləri yer alıb.
“Tour d’Azerbaidjan”ın rəsmi aparıcısı, Böyük Britaniyadan olan Marti Makqrossanın sözlərinə görə, bu, olduqca möhtəşəm bir yarışdır. Veloturun bir-birindən maraqlı mərhələləri və qalibləri var: “Azərbaycan turu idmançıların inkişafı nöqteyi-nəzərindən olduqca vacibdir. Baxın, görün nə qədər gənc velosipedçi bu yarışda iştirak edir. Əlbəttə ki, Azərbaycanda velosiped idmanının inkişafında bu yarış mühüm rol oynayır”.
ABŞ-ın “İlluminate” komandasının meneceri Kris Conson deyir ki, Azərbaycana gəlib güclü komandalara qarşı mübarizə aparmaq onlar üçün böyük motivasiyadır. Ən önəmlisi isə bu yarış idmanın insanları bir araya gətirmək istiqamətində necə böyük əhəmiyyət daşıdığının göstəricisidir: “Məşğul olduğumuz idman növü müxtəlif mədəniyyətləri bir araya gətirir. Dünyanın müxtəlif ölkələrindən idmançılar məhz Azərbaycana toplaşır və bu, gözəl haldır”.
Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyevin sözlərinə görə, ölkəmizin kontinental velosiped komandası “Synergy Baku Cycling Project”in qarşısına qoyulan əsas məqsədlərdən biri odur ki, heyətin əsasını azərbaycanlı idmançılar təşkil etsin. Məhz bu amil yerli velosipedçilərin ustalıq səviyyəsinin artmasında önəmli rol oynayır.
“Tour d’Azerbaidjan-2017”nin qalibi və ən yaxşı dağ velosipedçisi, Azərbaycanın Elit yığma komandasının üzvü Kiril Pozdnyakov: “Bu fantastik bir hissdir, onu sözlə ifadə etmək mümkün deyil. Doğma ölkəmizdə, gözəl paytaxtımızda qalib gəldik. Ümid edirəm ki, ölkəmizdə velosiped idman növü bundan sonra daha da inkişaf edəcək. Çünki bizim güclü idmançılarımız var və komandamız yüksəlişdədir”.
“Tour d’Azerbaidjan”ın sonuncu mərhələsini canlı izləyən Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva “Eurosport”a verdiyi müsahibəsində deyib ki, əldə olunan nəticə olduqca yüksəkdir və hamı bununla fəxr edir: “Dünyanın bir çox ölkəsindən insanları bir araya gətirmişik. Bu hamı üçün gözəl bir imkandır və bayram ab-havası hər yerdə hiss olunur”.
Arzu Əliyeva qeyd edib ki, idman olduqca vacib bir sahədir və bu cür tədbirlər gənc nəslin marağına səbəb olur: “Bu cür yarışı qəbul etməkdən qürur hissi duyuruq və bunu davam etdirəcəyik”.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58

