Azərbaycan Gimnastika Federasiyasının VIII ümumi yığıncağı keçirilib
27.12.2017 [10:12]
Dekabrın 26-da Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) VIII ümumi yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə federasiyanın vitse-prezidenti Altay Həsənov 2002-ci ildən fəaliyyətə başlayan AGF-in 15 illik yubileyinə dair hesabat məruzəsi ilə çıxış edib.
Ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışan vitse-prezident 15 il ərzində gimnastlarımızın beynəlxalq arenada qazandıqları nailiyyətləri və Azərbaycanda gimnastika növləri üzrə irimiqyaslı yarışların yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. Bu ilin mayında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında gimnastlarımızın çıxışını yüksək qiymətləndirən Altay Həsənov gimnastikanın altı növünün ölkəmizdə inkişaf etdiyini bildirib.
Altay Həsənov vurğulayıb ki, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva idmanın bu növünün inkişafını həmişə diqqət mərkəzində saxlayır. Gimnastika üzrə əldə olunan nailiyyətlərdə AGF rəhbərliyinin xidmətləri əvəzolunmazdır. Vitse-prezident AGF-in baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsinin bu sahədə qazanılan nailiyyətlərin tərkib hissəsi olduğunu qeyd edib.
Sonra gimnastika sahəsində nailiyyətlərinə və xidmətlərinə görə fərqlənən idman gimnastı Murad Ağarzayevə, kişi idman gimnastikası üzrə baş məşqçi Rza Əliyevə və qadın idman gimnastikası üzrə baş məşqçi Nina Pravdinaya AGF-in İcraiyyə Komitəsinin qərarına əsasən, bürünc xatirə medalları təqdim olunub.
Federasiyanın maliyyə direktoru Validə Məmmədovaya isə qızıl xatirə medalı verilib.
Mükafatlandırma mərasimindən sonra gimnastika növləri üzrə yığma komandaların üzvlərinin yeni geyim dəstlərini xüsusi dizayn etmiş Mənzər Hacıyeva həmin geyim dəstləri ilə bağlı təqdimatla çıxış edib.
AGF-in İntizam Komitəsinin üzvü Elşad Nərimanov çıxışında Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın gimnastlara daim yüksək diqqət və qayğı ilə yanaşdığını vurğulayıb. O, idmanın bu növünün ölkəmizdə inkişafı və kütləviləşməsi istiqamətində Mehriban xanım Əliyevanın gördüyü işləri yüksək qiymətləndirib və Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında gimnastların da özünəməxsus yeri olduğunu deyib.
Sonra federasiyanın İcraiyyə Komitəsinin üzvü Rauf Əliyev görülən işlər, əldə olunan nailiyyətlər və perspektivli planlar barədə məlumat verib.
Tədbir müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

