Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2018” keçirilib
15.05.2018 [09:18]
Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də “Bakı Marafonu 2018” keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva marafonda iştirak ediblər.
“Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı Marafonu ardıcıl üçüncü ildir təşkil olunub. Builki marafonda iştirak üçün 18 minədək şəxs qeydiyyatdan keçib. Marafona, həmçinin dövlət və hökumət rəsmiləri, ictimai-siyasi xadimlər, deputatlar, tanınmış mədəniyyət və incəsənət adamları, idmançılar, ictimaiyyətin nümayəndələri və tələbələr qoşulublar.
Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb.
Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədilə təşkil olunub. Yarışda 16 yaşdan yuxarı şəxslər əvvəlcədən qeydiyyatdan keçərək iştirak ediblər.
Marafonda Azərbaycanın regionlarının - Gəncə, Sumqayıt, Mingəçevir, Quba, Qusar, Lənkəran, Astara, Naxçıvan, Qəbələ, Şamaxı, Zaqatala, Şəki, Oğuz və digər bölgələrin sakinləri də iştirak ediblər. Bakı Marafonuna Azərbaycan vətəndaşları ilə yanaşı, İtaliya, Fransa, Rusiya, Türkiyə, İran, Gürcüstan, Ukrayna, Belarus, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İraq, ABŞ, Çin, Malayziya, Hindistan, Yaponiya, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Kolumbiya, Litva, Latviya, Almaniya, Çex Respublikası və digər ölkələrin təmsilçiləri də qoşulublar. Həmçinin İtaliya, Rusiya, Türkiyə, Çin, Malayziya, Hindistan, Yaponiya, Özbəkistan, Türkmənistan, Kolumbiya, BƏƏ, Litva və Latviyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri də marafonda iştirak ediblər.
Yarış Dənizkənarı Milli Park, Yusif Səfərov küçəsi, daha sonra Heydər Əliyev Mərkəzinin yanından keçərək Heydər Əliyev prospekti boyunca Bakı Olimpiya Stadionunadək marşrutu əhatə edib. Marşrut boyunca marafonçuları DJ-lər, dəstək qrupları finişə çatmağa təşviq edib. Hər üç kilometrdən bir yardım məntəqələri fəaliyyət göstərib.
Finiş nöqtəsində - Bakı Olimpiya Stadionunda yaradılan fan zonasında müxtəlif əyləncə proqramları təqdim olunub.
Bakı Olimpiya Stadionunda toplaşan azarkeşlər “Küləyə qalib gəl”ənləri dəstəkləyiblər. Yarışın təltifetmə mərasimi də Bakı Olimpiya Stadionunda olub. “Bakı Marafonu 2018”in qalibləri iki kateqoriya üzrə müəyyən olunub. Kişilər arasında Ukrayna vətəndaşı İqor Olefirenko finiş xəttinə birinci çatıb. İranlı Məhəmməd Cəfər Muradi ikinci, türkiyəli Ömər Alkanoğlu isə üçüncü olublar. Qadınlar arasında isə türkiyəli Fadimə Çelik, ukraynalı Valentina Poltavska, Rusiyadan olan Anastasiya Petrova müvafiq olaraq I-III yerləri tutublar.
Kişi və qadın kateqoriyalarının hər birində birinci yerin qalibi 3000, ikinci yerin qalibi 2000, üçüncü yerin qalibi isə 1000 manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediliblər.
Bununla yanaşı, kişi və qadın kateqoriyaları üzrə 4-10-cu yerlərin sahiblərinə müxtəlif qiymətli hədiyyələr verilib. Marafonun bütün iştirakçılarına təşkilatçılar tərəfindən sertifikatlar təqdim olunub.
Həmçinin “Azercell” şirkətinin köynəyində yarışanlar arasında qalib olan Namiq Əsədova, ikinci yeri tutan Samir Paşayevə və üçüncü olan Tural Sadıxlıya isə müxtəlif hədiyyələr verilib.
“Bakı Marafonu 2018” layihəsinin eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunub. Layihənin icrasını isə “Sport Marketing Group” (SMG) şirkəti həyata keçirib.
“Bakı Marafonu 2018”də toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinin icrasına yönəldiləcək.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında Bakıda ilk marafon 2016-cı il mayın 1-də, ikinci yarımarafon isə 2017-ci il aprelin 30-da keçirilib. Bu layihə region sakinləri tərəfindən böyük marağa səbəb olduğundan 2017-ci il sentyabrın 17-də Gəncədə də yarımarafon təşkil edilib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

