/ / Dünya Köçəri Oyunları çərçivəsində keçirilən “Köçərilərin qızıl əsri” adlı teatrlaşdırılmış şouya azərbaycanlı qonaqlar da qatılıb
Dünya Köçəri Oyunları çərçivəsində keçirilən “Köçərilərin qızıl əsri” adlı teatrlaşdırılmış şouya azərbaycanlı qonaqlar da qatılıb
05.09.2018 [09:20]
İssık-Kul gölünün sahillərində keçirilən III Dünya Köçəri Oyunları çərçivəsində “Kırçın” etnoşəhərciyində “Köçərilərin qızıl əsri” adlı teatrlaşdırılmış şou keçirilib. Tədbirdə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Macarıstanın Baş naziri Viktor Orban, hökumət və parlament üzvləri, elm, mədəniyyət, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dünya Köçəri Oyunlarına Azərbaycandan qonaq kimi dəvət olunan Milli Məclisin deputatı “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev də tədbirdə iştirak ediblər.
Meydanda 1000-dən çox yurt - çadır salınıb, mərasim iştirakçıları burada qırğız xalqının tarixi, adət-ənənələri və milli mətbəxi ilə tanış olublar.
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov III Dünya Köçəri Oyunlarının başlaması münasibətilə iştirakçıları təbrik edib. Dövlət başçısı məlumat verib ki, sentyabrın 3-də Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının altıncı Zirvə görüşü uğurla keçirilib. Görüşdə Azərbaycan, Qazaxıstan, Türkiyə prezidentləri iştirak ediblər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Macarıstanın Baş naziri Viktor Orban Şuranın iclasına qonaq kimi dəvət olunub. “Biz daha yaxından əməkdaşlıq etmək haqqında ümumi qərara gəldik. Mən çox şadam ki, estafeti Türkiyəyə verdik və 2020-ci ildə Köçəri Oyunları bu ölkədə keçiriləcək”, - deyə Sooronbay Jeenbekov bildirib.
Sonra qırğız çaparları teatrlaşdırılmış şou göstərib, tədbir geniş konsert proqramı ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

