Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının 20 illik yubileyi qeyd olunub
18.09.2018 [09:48]
Sentyabrın 17-də Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) 20 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un vitse-prezidenti və AzƏOK-un sədri Xəzər İsayev, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) prezidenti Jeno Kamuti, Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) baş katibi İoannis Psilopoulos, MOK-un baş katibinin müavini Azər Əliyev, ölkəmizə dəvət olunmuş rəsmi qonaqlar, tanınmış idmançılar və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
AzƏOK-un fəaliyyətindən bəhs edən videoçarxın nümayişindən sonra gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb və idmançılarımızın qazandığı nailiyyəti yüksək qiymətləndirib.
Hər il ölkəmizdə 50-dən çox beynəlxalq turnirin təşkil olunduğunu diqqətə çatdıran nazir müavini ilk Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, Ümumdünya Şahmat Olimpiadasının, Formula 1 Azərbaycan Qran-Prisinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. İ.İsmayılov deyib: “Azərbaycan irimiqyaslı idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Bunun nəticəsidir ki, beynəlxalq idman qurumları heç bir tərəddüd etmədən irimiqyaslı yarışların ölkəmizdə keçirilməsinə tərəfdardırlar. Bu həftə Bakıda cüdo üzrə dünya çempionatına start veriləcək. Dünyanın ən güclü cüdoçuları Bakı tatamisində birincilik uğrunda mübarizə aparacaqlar. İdman sülhün və dostluğun carçısıdır. Digər sahələrdə olduğu kimi, idmanda da ədalət prinsipi vacib amillərdəndir. Sevindirici haldır ki, idmançılarımız ədalət prinsipinə sadiqdirlər və nümunəvi çıxışları ilə dünyada seçilirlər”.
MOK-un vitse-prezidenti Ç.Hüseynzadə AzƏOK-un fəaliyyətindən və əldə etdiyi uğurlardan danışıb. Qeyd edib ki, çoxları ədalətli oyun anlayışını yalnız futbolla əlaqələndirirlər. Əslində, bu, belə deyil. Bütün idman növlərində ədalət anlayışı və prinsipi olmalıdır. İlk növbədə, bu, rəqibə hörmət kimi də dəyərləndirilir. Hər il AzƏOK 5 istiqamət üzrə namizədləri mükafatlandırır. Bunlar arasında idmançı, məşqçi, hakim, təbliğatçı və idman xadimi yer alır. Ədalətli oyun anlayışı təkcə idmançı ilə məhdudlaşmır. Məşqçi və hakimlərin də bu istiqamətdə mühüm xidmətləri var. İdman xalqlar arasında dostluğa, qardaşlığa, qarşılıqlı anlaşmaya yardım göstərən vasitələrdən biri olmaqla yanaşı, ədalətli mübarizəni, sağlam həyat tərzini təbliğ edir, insanın fiziki və mənəvi tərbiyəsində mühüm rol oynayır. “Azərbaycan ədalətli oyunlarla bağlı dünyada keçirilən bütün tədbirlərdə uğurla iştirak edir. Bu tədbirlərin ölkəmizdə keçirilməsi üçün isə bütün lazımi şərait yaradılır. Mən bütün idmançılara ədalət prinsipləri əsasında mübarizə aparmağı və beynəlxalq yarışlarda idmançılarımıza ədalət prinsipləri ilə yanaşılmasını arzulayıram”, - deyə Ç.Hüseynzadə əlavə edib.
Sonra BƏOK-un prezidenti Jeno Kamuti çıxış edərək dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə dünyada Olimpiya hərəkatının və ədalətli oyunlar prinsiplərinin inkişafı istiqamətində böyük xidmətlərinə görə minnətdarlığını bildirib. O, “Bakı-2015” ilk Avropa Oyunlarının Olimpiya hərəkatına və ədalətli oyunlar prinsiplərinin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb.
BƏOK-un rəhbəri 2019-cu ildə Azərbaycanda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcəyini və 50-dən artıq ölkənin bu festivalda çıxış edəcəyini qeyd edib. J.Kamuti ilk Ədalətli Oyunlar Regional Ofisinin Bakıda açılacağını bildirib: “MOK-un vitse-prezidenti, AzƏOK-un sədri Xəzər İsayev tanınmış idmançı və mütəxəssisdir. Ədalətli Oyunlar Regional Ofisinin rəhbəri də X.İsayev olacaq. Əminəm ki, o, böyük işlər görəcək. Bu ofisin uğurla fəaliyyət göstərməsi üçün BƏOK da əlindən gələn köməkliyi göstərəcək”.
Digər çıxış edənlər AzƏOK-un fəaliyyətinə uğurlar arzulayıblar.
Yubiley mərasimində AzƏOK-un sədri X.İsayevin müəllifi olduğu qurumun 20 illik fəaliyyətindən bəhs edən “Azərbaycanda Ədalətli Oyunlar-20 il” kitabının və təşkilatın loqosunun təqdimatı da keçirilib.
Qeyd edək ki, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyası İlham Əliyevin 1997-ci ildə MOK-un prezidenti seçilməsindən sonra yaradılıb. Onun təşəbbüsü ilə fəaliyyətə başlayan təşkilat 1998-ci ildə Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatına üzv seçilib. AzƏOK Avropa və Beynəlxalq Ədalətli Oyunlar Təşkilatları ilə sıx əməkdaşlıq edir. 2009-cu ildə Avropa Ədalətli Oyunlar Hərəkatının konqresi və Assambleyası, 2015-ci ildə Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatlarının birgə konqresi, Baş Assambleyası və qala gecəsi ölkəmizdə yüksək səviyyədə təşkil olunub. Gündəlik həyatda Olimpiya tərbiyəsinin, Ədalətli Oyunlar dəyərlərinin və prinsiplərinin vacibliyinə yönələn bütün təşəbbüslərə verdiyi hərtərəfli dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu ildə Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı, 2015-ci ildə isə Beynəlxalq Ədalətli Oyunlar Təşkilatının xüsusi medalı ilə təltif edilib. 2015-ci ildə, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva I Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə Avropa Ədalətli Oyunlar Hərəkatının xüsusi ordeni ilə təltif edilib.
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

